Xəzərin hüquqi statusu ilə bağlı növbəti görüşün tarixi açıqlandı
Bizi izləyin

Nida.az

Xəzərin hüquqi statusu ilə bağlı növbəti görüşün tarixi açıqlandı

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzər dənizinin hüquqi statusu ilə bağlı dövlət başçılarının növbəti sammitinin təşkili məsələsinə münasibət bildirib.

Publika.az-ın məlumatına görə, nazir müavini jurnalistlərə açıqlamasında deyib ki, hazırda bu proses dinamik surətdə inkişaf edir:

“Bakı sammitindən sonra növbəti sammitin bu ilin sentyabr ayında Həştərxanda keçirilməsi planlaşdırılır. Bu istiqamətdə bir çox hazırlıq işləri aparılıb və yenə də davam etdirilir. Bildiyiniz kimi, bu ilin may ayında Xarici İşlər Nazirlərinin konfransı keçirilib. Burada bəzi məsələlər istiqamətində irəliləyişlər oldu. Amma yenə də yekun nəticələrə nail olmaq üçün nazir müavinləri səviyyəsində fəaliyyət göstərən işçi qrupu öz işini davam etdirəcək. Bizim bu ilin avqust ayının sonuna Moskva görüşü nəzərdə tutulub. Əsas məsələ ondan ibarətdir ki, Prezidentlər səviyyəsində qəbul olunacaq yekun sənəd razılaşdırılsın. Orada bir çox məqamların prinsipial həllini tapması nəzərdə tutulub. Eyni zamanda, bəzi istiqamətləri təşkil edən saziş layihələri başa çatdırılması və imzalanması üçün sammitə təqdim olunması planlaşdırılıb".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm