“Bəzi həkimlərin fəaliyyəti nəzarətə götürülməlidir”
Bizi izləyin

Nida.az

“Bəzi həkimlərin fəaliyyəti nəzarətə götürülməlidir”

“İndi Azərbaycanda dövlət başçısının diqqəti altında səhiyyəyə böyük investisiya qoyulur, infrastruktur ən müasir formada yenilənir və artıq ölkədə 500-dən çox ən müasir tibb müəssisələri yaradılıb”.

Publika.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin və baş nazirin müavini Əli Əhmədov bildirib.

Onun sözlərinə görə, indiki mərhələ bu islahatın yeni pilləsinə qalxmaqdan ibarətdir.

Ə.Əhmədov deyib: “Bu islahatların tərkib hissəsindən biri də son vaxtlar bizi çox narahat edən amil olan vətəndaşlarımızın müalicə üçün daha çox xarici ölkələrə üz tutmasıdır. Məqsədimiz ondan ibarətdir ki, bu cür gedişləri minimuma endirək. Bundan başqa, Azərbaycana başqa ölkələrdən gələn, peşəkarlıq səviyyəsi o qədər də aydın olmayan həkimlərin fəaliyyəti nəzarətə götürülməlidir. Çünki bu cür həkimlərin fəaliyyəti nəticəsində bir sıra fəsadlar ortaya çıxıb. Aparacağımız islahatlar nəticəsində bunu da aradan qaldıracağıq. Bizim məqsədimiz azərbaycanlı həkimin etibarını artırmaqdır”.

O həmçinin qeyd edib ki, Azərbaycanda səhiyyə sisteminin maliyyələşməsi mexanizmi köklü şəkildə dəyişəcək. Onun sözlərinə görə, yeni islahatlardan ən önəmlisi icbari tibbi sığortanın tətbiq edilməsi olacaq:

“Bunun tətbiqi mahiyyət etibarilə səhiyyədə, səhiyyənin maliyyələşməsində və eyni zamanda, xəstə-həkim münasibətlərində yeni bir mexanizmin yaranmasını nəzərdə tutur”.

Ə.Əhmədov Baş Prokurorluğa daxil olan korrupsiya faktları arasında səhiyyə sahəsinə aid olanların çoxluq təşkil etməsinə məsələsinə də münasibət bildirib:

“Çox təəssüf ki, belə neqativ hallar var. Amma bütün bunların hamısı tezliklə həyata keçiriləcək islahatlar, o cümlədən icbari tibbi sığortanın tətbiqi ilə aradan qaldırılacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm