Rusiyanı Azərbaycana çağıran siyasətçi kim imiş? - İFŞA
Bizi izləyin

Nida.az

Rusiyanı Azərbaycana çağıran siyasətçi kim imiş? - İFŞA

İkinci mənbə də bu çağırışın AXCP sədrinin müavini tərəfindən edildiyini təsdiqləyib. Lakin o, ad çəkmək istəmədiyini bildirib

Milli Şurada bu gün də mübahisə mövzusu olan “Rusiya Azərbaycanı işğal etsin” çağırışını kimin etdiyi bəlli olub. Milli Şuranın keçmiş üzvlərindən biri Publika.Az –a bildirib ki, belə bir çağırış Milli Şuranın ilk sessiyasında olmuşdu: “O zaman partiya sədrlərindən birinin müavini tribunaya çıxaraq belə dedi: “Bu iqtidarın getməsi üçün Rusiyanın Azərbaycanı yenidən işğal etməsinə belə razı olmalıyıq”.

Həmin şəxs AXCP sədrinin müavini Fuad Qəhrəmanlı idi. O zaman bunu susqunluqla qarşılayanlar çox olsa da, etiraz edənlər də oldu. Əsasən bir sıra müsavatçı, İsgəndər Həmidov və digərləri-adları yadımda dəqiq qalmayıb- etiraz etdi. O vaxt Milli Şura dəqiq Rusiyanın layihəsi olaraq gündəmə gəlmişdi. Sonrası bəllidir”.

Məlumatı ikinci mənbə ilə də dəqiqləşdirməyə çalışdıq. İkinci mənbə də bu çağırışın AXCP sədrinin müavini tərəfindən edildiyini təsdiqləyib. Lakin o, ad çəkmək istəmədiyini bildirib.Qarşı tərəfindən də mövqeyini öyrənməyə çalışacağıq.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm