• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Moskva Qarabağa qoşun yerləşdirmək üçün Bakıdan icazə istəyir”

  • Nida.az
  • 9 İyul 2014 17:45
  • 529 Baxış
“Moskva Qarabağa qoşun yerləşdirmək üçün Bakıdan icazə istəyir”

“Qarabağa qoşunlarını yerləşdirmək hazırda Rusiyanın strateji məsələsidir. Kremlə bağlı politoloqlar artıq bunu gizlətmirlər. Bu məsələ ilə bağlı Moskva Bakı və Ankaranı inandırmağa çalışır”.

Publika.az xəbər verir ki, bu iddia ilə erməni mediası çıxış edib. İddialara görə, Ermənistanın Avrasiya İttifaqına girməsində yaranan maneələr də bundan irəli gəlir.

“Moskva Bakı və Ankara ilə birlikdə Minsk qrupunun formatını dəyişmək istiqamətində kampaniyaya başlayıb. Görünür, Moskva formatın ləğv edilməsinin əvəzinə qoşunlarını Qarabağa yerləşdirmək üçün razılıq əldə edəcəyinə ümid edir. Rus təhlükəsinin artan fonunda Vaşinqtonun Madrid prinsiplərini xatırlatması təsadüfi deyil. Ermənistandan onsuz da heç bir müqavimət görünmür. Hərçənd ki Qafqazın yenidən bölüşdürülməsinin qarşısını almaq mümkünsüz görünür”, - deyə iddia edilir.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR