• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Başqan olsam, Müsavatda xəstə təfəkkürlüləri müalicə edəcəm”

  • Nida.az
  • 9 İyul 2014 18:05
  • 519 Baxış
“Başqan olsam, Müsavatda xəstə təfəkkürlüləri müalicə edəcəm”

“Başqan olsam, Müsavatda mövcud olan xəstə təfəkkürlü dostları müalicə edəcəm”.

Publika.az xəbər verir ki, bu barədə Müsavat başqanının müşaviri, başqanlığa əsas iddialılardan olan Səxavət Əlisoy deyib.

Müşavirin bu sərt çıxışına səbəb isə Hikmət Hacızadənin zarafatı olub. Belə ki, S. Əlisoyun paylaşdığı fotoya Müsavatın tanınmış simalarından olan Hikmət Hacızadə “Səxavət bəy əsl yeni başqana bənzəyir” deyə yazıb. Arif Hacılının tərəfdarı kimi tanınan müsavatçı xanım Sevinc Hüseynova buna etiraz edərək Hacızadəyə belə zarafat etməməyi məsləhət görüb.

Səxavət Əlisoy isə “başqan olmağım həm də Müsavatda mövcud olan xəstə təfəkkürlü dostların müalicəsi demək olacaq” deyə münasibət bildirib.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR