"Azərbaycanda qarşıdurma yaratmaq istəyən radikal dini qüvvələr var"
Bizi izləyin

Nida.az

"Azərbaycanda qarşıdurma yaratmaq istəyən radikal dini qüvvələr var"

"Azərbaycanda qarşıdurma yaratmaq istəyən radikal dini qüvvələr var". Publika.Az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə QMİ-nin Qazılar Şurasının bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, həmin qüvvələr özbaşına deyil, xaricdən yönəlir. A.Paşazadə deyib: "Bəzi qüvvələr də xaricdən maliyyələşərək burada təxribat törətməyə çalışırlar. Başqa dini məzhəbi aşağılamaq, bu cür işlər görmək həm qanunda yolverilməzdir, həm də vicdan azadlığına ziddir: "Belə halları törədənlər qanun çərçivəsində cəzalanmalıdırlar. Çünki qanunvericilikdə var ki, dini qarşıdurma yaradanlar cəzalanmalıdırlar. Şimal bölgəsində baş verənlər göstərir ki, onlar xaricdən maliyyələşirlər. O maliyyənin qarşısını almaq da çox çətindir. Bununla məşğul olan xüsusi qurumlar var. Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsi də istər Bakıda, istərsə də regionlarda mühüm işlər görür. Amma bu, təkcə onların işi deyil. Biz vətəndaş kimi buna öz töhfəmizi verməliyik. Hər birimiz öz Vətənimizin qorunmasında cavabdehlik daşıyırıq. Biz din xadimlərimizi hazırlamalıyıq. Burada təbliğat aparan şəxslərin çoxu xaricdə oxuyub sonra başqalarını zərərli təbliğatla zəhərləyən insanlardır. Kimin ixtiyarı var ki, cənnət vəd etsin. Bunu yalnız Allah-təala edə bilər. Amma bəziləri bir sıra gənclərin başını aldadıb onlara cənnət vəd edərək onları ailələrindən ayrırırlar".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm