Nida.az
Rəsul Quliyev Gülənlə işbirliyindən danışdı
Eks-spiker Rəsul Quliyev Türkiyədə nurçu camaatının lideri, hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülənlə münasibətləri haqda yayılan xəbəri təkzib edib.
Publika.az xəbər verir ki, eks-spiker “Fətullah Gülənlə heç vaxt görüşməmişəm və hətta rastlaşmamışam da” deyə bildirib.
R. Quliyev Azərbaycan mediasını da sərt ittiham edib.
Qeyd edək ki, R. Quliyevin adının açıqlanmasının istəməyən keçmiş silahdaşlarından biri bu barədə Publika.az-a məlumat vermişdi (http://publika.az/p/29461).
Məlumatda deyilirdi ki, Rəsul Quliyev ABŞ-ın Pensilvaniya ştatında səfərlərdə olur və zaman-zaman F. Gülənlə görüşlər keçirir. F. Gülənin onun Amerika həyatına da köməkliyi dəydiyi deyilir.
Qeyd edək ki, R. Quliyevin bir müddət öncə Azərbaycan mediasına F. Güləni müsəlman dünyasının 5 şəxsiyyətindən biri adlandırması, onun siyasi rəqibinə çevrilmiş Ərdoğanı isə sərt tənqid etməsi bu informasiya fonunda diqqəti çəkirdi.
“Fətullah Gülən Türkiyəni işığa, Ərdoğan isə qaranlığa sürükləmək istəyir”, - deyə eks-spiker camaat liderini belə təqdim edirdi.
Asif
-
Hadisə17:32
Bakıda bazar yanır - Yeniləndi
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO