Sərkisyan Azərbaycandan müdafiə olunmaq üçün kömək istədi
Bizi izləyin

Nida.az

Sərkisyan Azərbaycandan müdafiə olunmaq üçün kömək istədi

Ermənistan prezidenti Serj Sarkisyan Argentina səfərində “La Nacion” nəşrinə müsahibəsində Moskvanı qəzəbləndirəcək fikirlə söyləyib.

Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, Rusiyanın Azərbaycana silah satışından danışan Sərkisyan xalqın bundan narahat olduğunu bildirib.

Erməni ekspert Akop Badalyanın sözlərinə görə, S.Sarkisyan bu səviyyədə etirazını ilk dəfədir ki, bildirir. O, Sarkisyanın bundan əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınının (KTMT) sammitində təşkilatın üzvləri etirazını dilə gətirdiyini xatırladır.

“Hiss olunur ki, rəsmi Yerevan Rusiya ilə münasibətlər barədə ritorikasına hansısa yeni notlar daxil edib. Sərkisyanın bəyanatından da bunu görmək olar. Bəyanat Yerevanın Rusiyanın davranışından narahat olmağa başladığını göstərir”, - A.Badalyan deyib.

Erməni ekspertinin sözlərinə görə, narahatlıq üçün bir neçə səbəb var: “Birinci narahatlıq Ermənistanın Avrasiya İttifaqına girişlə bağlıdır. Bu, ölkəmizə ciddi iqtisadi problemləri vəd edir. İkinci səbəb Qarabağ üzrə rus-türk-Azərbaycan sazişidir. Serj Sarkisyan bildirib ki, müharibə ehtimalını istisna etmir. Amma ümid edir ki, Ermənistan müdafiə oluna biləcək və Rusiya öz öhdəliklərini yerinə yetirəcək”.

“Aydınlaşdırmaq lazımdır ki, Ermənistan Rusiyanın köməyi olmadan Azərbaycandan müdafiə olunmağı bacaracaqmıı? Əgər Ermənistan Rusiyasız bunu etməyi bacarmasa, o halda Moskva öz qoşunlarını Qarabağda yerləşdirəcək. Ermənistan hakimiyyəti bunu anlamır. Tək ümid Qərbdə müttəfiqlər axtarmaqdır. Serj Sərkisyan bildirib ki, Ermənistanın Gömrük Şurasına girişi bəlkə də avropalıların xoşuna gəlmir, amma onlar Ermənistanın niyə belə bir seçim etdiyini anlayırlar”, - erməni eksperti qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm