“Moskva arxandan çəkilsə, Bakı səni əzəcək”- Ağ Ev Qarabağı qaytarır?
Bizi izləyin

Nida.az

“Moskva arxandan çəkilsə, Bakı səni əzəcək”- Ağ Ev Qarabağı qaytarır?

ABŞ-ın Ermənistandakı səfiri Con Heffernin Dağlıq Qarabağla bağlı ümidli açıqlamasından sonra Azərbaycandakı həmkarı Riçard Morninqstarın fikirləri də yeni ehtimalları ortaya qoydu (http://publika.az/p/29310).

Morninqstar “Dağlıq Qarabağ istisna olmaqla, hazırda 7 işğal altında olan Azərbaycan rayonları geri qaytarılmalıdır. Bütün bunlar isə bilavasitə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin tərkib hissəsi olmalıdır” deyə açıqlamasında deyib.

Son proseslərin fonunda amerikalı diplomatların eyni hədəfə doğru açıqlamaları “ABŞ Qarabağı Azərbaycana qaytarır?” sualını yaratdı.

Politoloq Fərhad Mehdiyev Publika.az-a açıqlamasında hər iki diplomatın fikirlərini şərh edib. Onun fikrincə, ABŞ-ın fəallaşması Rusiyanın bu məsələdə sükanı ələ alması cəhdləridir: “Rusiya müəyyən rayonları Azərbaycana qaytarmaqla əvəzində Azərbaycanı Avrasiya İttifaqında görmək istəyir. Bu prosesdə Amerika üstünlüyün Rusiyaya keçməsi ilə razılaşa bilməz. Rusiya isə öz sülhməramlılarını Qarabağa yerləşdirmək istəyir, bunun üçünsə Ermənistana təzyiqlərini artırıb. İrəvana mesaj verilir ki, “Moskva arxandan çəkilsə, Bakı səni əzəcək”. Lakin Rusiya qoşunlarının Qarabağa yerləşdirilməsi bizə sərf etmir. Çünki rus qoşunları burda lazım olandan çox qalacaq”.

Politoloq qeyd edib ki, Qarabağ münaqişəsi hərbi yolla həll edilməsə, əraziyə sülhməramlıların yerləşdirilməsi qaçılmaz olacaq.

“İndiki məqamdan bu o qədər də pis variant deyil, çünki torpaqlar işğalda qaldıqca İrəvan erməniləri ora köçürdür, bölgəni erməniləşdirir. Bu da gələcəkdə pis nəticə verə bilər. Təbii ki, mən 7 rayonun qaytarılacağını hesab etmirəm. Güman ki, bu, mərhələli formada ola bilər. Bizə sərf edən variant rayonların qaytarılması, Qarabağa isə Rusiyanın deyil, beynəlxalq sülhməramlının yerləşdirilməsidir”,- deyə ekspert qeyd edib.

F. Mehdiyev qeyd edib ki, rəsmi Bakı yaranmış vəziyyətdən öz xeyri üçün istifadə etməlidir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm