Arif Hacılının qardaşı Sərdar Cəlaloğlunu ələ saldı
Bizi izləyin

Nida.az

Arif Hacılının qardaşı Sərdar Cəlaloğlunu ələ saldı

Əhrar Partiyasının sədri, Müsavat icra aparatının rəhbəri Arif Hacılının qardaşı Vaqif Hacıbəyli ADP sədri Sərdar Cəlaloğlunu ələ salıb.

Publika.az xəbər verir ki, S. Cəlaloğlunun “müxalifətin zəif duruma düşməsinin əsas səbəbkarı Müsavat və AXCP-dir” açıqlamasında müxalif düşərgədə qarşıdurmaya səbəb olub. Əvvəlcə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı buna cavab verib və S. Cəlaloğluya qarşı sərt ittihamlar irəli sürüb.

Lakin Müsavat ADP sədrinin sözlərinə qarşı susqunluq nümayiş etdirirdi. Müsavatçıların əvəzinə isə məsələyə bu partiyaya yaxınlığı ilə seçilən V. Hacıbəyli qarışıb. O, S. Cəlaloğlunun “Müqəddəs Quranla bağlı bir təfsir yazmışam, elə bir sistem vermişəm ki, teologiyada inqilab edəcək. Eyni zamanda yeni bir elm hazırlamışam. Bu, təkcə Azərbaycan səviyyəsində yox, tarix səviyyəsində bir nailiyyətdir. Mən bu nailiyyətimlə özümü nə Platonla, nə Aristotellə müqayisə edə bilərəm. Çünki mənim hazırladığım sistem onların hazırladığı sistemdən fərqli olaraq mütləq həqiqətlərin dərk edilməsinə imkan verir” fikirlərini sosial şəbəkələrdə paylaşaraq “Bundakı fərasətə bax” deyə ələ salıb.

Daha sonra o, S. Cəlaloğlunun doğulduğu bölgəyə də atmaca atıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm