• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

"Azərbaycanda indiyədək məzhəblər arasında hər hansı ciddi münaqişə olmayıb"

  • Nida.az
  • 28 Yanvar 2014 11:56
  • 381 Baxış
"Azərbaycanda indiyədək məzhəblər arasında hər hansı ciddi münaqişə olmayıb"

"Azərbaycan sürətlə inkişaf etdiyi üçün bəzi ölkələr bunu qəbul etmək istəmir". Publika.Az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə QMİ-nin Qazılar Şurasının bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycanın inkişafını görmək istəməyən əsas ölkə Ermənistandır. A.Paşazadə həmçinin deyib: "Ulu öndər Heydər Əliyevin siyasəti bu gün də davam etdirilir. Yeni məscidlər tikilir, köhnələri bərpa edilir, yenidən qurulur. Sovet dövründə bizim cəmi 17 məscidimiz var idi, indi isə onların sayı 2000-ə çatır. Bunlar dövlətin dinə olan münasibətindən xəbər verir. Azərbaycan dünyada öz tolerantlığı ilə tanınır. Azərbaycanda indiyədək məzhəblər arasında hər hansı ciddi münaqişə olmayıb".

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR