Cəmil Həsənli Sülhəddin Əkbərin gedişini belə qarşıladı
Bizi izləyin

Nida.az

Cəmil Həsənli Sülhəddin Əkbərin gedişini belə qarşıladı


“Milli Şuradan gedənlər də olur, gələnlər də. Kiminsə getməsi böyük problem deyil. Bunu normal qarşılayırıq”.

Bu barədə Milli Şuranın sədri Cəmil Həsənli Publika.az-a açıqlamasında Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin qurumdan istefasına münasibət bildirərkən deyib.

Qurumun sədri qeyd edib ki, Milli Şuranın öz yolu var: “Milli Şura müxalifətin əsas mərkəzi kimi müəyyən etdiyi yolu var və bu yolu davam etdirir. Bu yolda hər kəs gedə bildiyi qədər gedir. Gedə bilməyənlər geridə qalır. Bunu normal qarşılayırıq”.

Qeyd edək ki, S. Əkbər yeni təsis etdiyi Azad Demokratlar Partiyasının qurultayından sonra Milli Şuradan ayrılmaq qərarını qəbul edib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm