Allahşükür Paşazadə məscid axundlarına müraciət etdi
Bizi izləyin

Nida.az

Allahşükür Paşazadə məscid axundlarına müraciət etdi

Axundlar həmin kitabdan istifadə etməlidirlər. Belə olmadığı halda müxtəlif problemlər üzə çıxır. Ona görə də axundlar həmin vəsaitdən istifadə etməklə maariflənmə işi aparmalıdırlar. Tövsiyəmiz budur ki, QMİ tərəfindən hazırlanmış bu kitabdan istifadə ed

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə QMİ-nin Qazılar Şurasının bu gün keçirilən iclasında çıxışı zamanı məscid axundlarına səslənərək onlardan idarə tərəfindən verilən moizə kitabından istifadə etmələrini istəyib.

Publika.Az-ın məlumatına görə, QMİ sədri deyib: "Axundlar həmin kitabdan istifadə etməlidirlər. Belə olmadığı halda müxtəlif problemlər üzə çıxır. Ona görə də axundlar həmin vəsaitdən istifadə etməklə maariflənmə işi aparmalıdırlar. Tövsiyəmiz budur ki, QMİ tərəfindən hazırlanmış bu kitabdan istifadə edilsin".

A.Paşazadə həmçinin qeyd edib ki, radikalların Sumqayıtı Mədinə, Bakını Məkkə kimi adlandıması, bu şəkildə qələmə verməsi çox böyük günahdır: "Bunların ağlı bu qədərdir, bu qədər düşünə bilirlər".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm