• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ankaradan İrəvana daha bir “2015” jesti

  • Nida.az
  • 11 İyul 2014 11:21
  • 662 Baxış
Ankaradan İrəvana daha bir “2015” jesti

Türkiyədə yeni yaradılacaq “Van Airline” aviaşirkəti Van-İrəvan reyslərini də həyata keçirəcək.

Publika.az erməni mediasına istinadən xəbər verir ki, aviaşirkətin ilk reysləri Van-İstanbul və Van-Ankara, daha sonra isə İran, Gürcüstan, həmçinin Ermənistana olacaq.

Şirkət sahibləri bu layihəyə ilk olaraq 3 milyon kapital yatırır, daha sonra isə bu 50 milyona qədər yüksələcək.

İlkin mərhələdə aviareyslər kirayələnmiş Boing 737 təyyarəsi ilə həyata keçiriləcək. Gələcəkdə isə DC-9 markalı təyyarələrə üstünlük veriləcək. Ermənistana uçuşlar da bu təyyarələr vasitəsilə olacaq.

Qeyd edək ki, ekspertlər Ankaranın İrəvana siyasi və iqtisadi jestlərini 2015-ci il üçün nəzərdə tutduğunu hesab edir. Hansı ki, 2015-ci ildə qondarma “erməni soyqırımı”nın 100 illiyidir və bunun Türkiyə üçün böyük baş ağrısı olacağı ehtimal olunur.

Baş nazir Rəcəp Tayyip Ərdoğanın 1915-ci il hadisələrində ölən ermənilərin nəvələrinə başsağlığı verməsi də təsadüfi deyildi. Bu başsağlığından sonra, Türkiyənin “Taraf” qəzeti Ərdoğanın sentyabr ayında Ermənistanla sərhədin açılması prosesinə başlanması ilə bağlı təlimat verdiyinə dair iddia səsləndirdi.


Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR