Azərbaycanlı doktoranta ittiham – ŞOK FAKTLAR (FOTOLAR)
Bizi izləyin

Nida.az

Azərbaycanlı doktoranta ittiham – ŞOK FAKTLAR (FOTOLAR)

Berlin Azad Universitetində doktorantura təhsili alan Səfiyev Rail Adil oğlunun hazırladığı “Azərbaycan – kapitalist iqtisadiyyatda qurulmuş diktatorluq” adlı araşdırma İsveçrənin Federal Texnologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Təhlükəsizlik Araşdırmaları Mərkəzinin jurnalında dərc edilib.

Publika.az-ın apardığı araşdırma nəticəsində məlum olub ki, Rail Səfiyev xaricdə ermənilərlə, o cümlədən Azərbaycana qarşı olan şəxslərlə birgə ortaq maraqlara xidmət edir.

Araşdırmamız zamanı xüsusi diqqətçəkən məqam odur ki, Təhlükəsizlik Araşdırmaları Mərkəzinin əməkdaşları arasında milliyyətcə erməni olan Anna Hess Sarqsyan və onun həyat yoldaşı Michel Hess adlı şəxslər də var.

Rail Səfiyev Almaniyada ermənipərəst mövqeyi ilə tanınan Almaniyanın Halle (Saale) Universitetinin Sosial Antropologiya üzrə Maks Plank İnstitutunun bir sıra əməkdaşları, xüsusən də türk əsilli Almaniya vətəndaşı Lale Yalçin Heckmanla yaxın münasibətlər saxlayır.

Lale Yalçin bir müddət əvvəl Rail Səfiyevi Gürcüstandakı Azərbaycan icması, eləcə də Kvemo-Kartli bölgəsindəki sosial-iqtisadi vəziyyətlə bağlı tədqiqat aparmağa və məlumat toplamağa təşviq edib, habelə ona müxtəlif qrantların verilməsinə köməklik göstərəcəyini bildirib. Lale Yalçinın həmçinin milliyyətcə erməni Milena Baqdasaryanla münasibətləri var. Beləliklə, bu isti münasibətlər fonunda Rail Səfiyev özü də dərk etmədən Azərbaycan əleyhinə istifadə edilir.

Bununla yanaşı, Rail Səfiyev Azərbaycana mənfi münasibəti olan və 2012-ci ildə Strateji Araşdırmalar Mərkəzinin qonağı qismində ölkəmizə səfər etmiş Florian Mülfrid və Zaqatala rayonunda ingiloy mövzusu üzrə araşdırmalar aparmış Nino Aivazishvili ilə yaxın əlaqələr saxlayır.

Onu da bildirək ki, Rail Səfiyev blogger Emin Millinin açdığı və Berlində fəaliyyət göstərən “Meydan TV” internet televiziyası ilə də yaxından əməkdaşlıq edir.

Araşdırmanı davam etdiririk...

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm