• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Azərbaycanlılar suriyalıların hakimiyyət uğrunda davasına qarışmamalıdırlar”

  • Nida.az
  • 28 Yanvar 2014 12:44
  • 602 Baxış
“Azərbaycanlılar suriyalıların hakimiyyət uğrunda davasına qarışmamalıdırlar”

"Din, namus, şərəf uğrunda döyüşərkən ölən şəxs şəhid hesab edilir. Allah rizası uğrunda cihad etməyə niyyət etməmiş, şəxsi qazanc naminə vuruşan şəxs öldükdə ona şəhid deyilməz. Çünki onun niyyəti pozuqdur". Trend xəbər verir ki, bunu akademik Vasim Məmmədəliyev Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının bu gün keçirilən iclasında bildirib.

Akademik axundlardan xahiş edib ki, moizələrində şəhidliyin əsl mənasını açıqlasınlar: "Şəhidlik statusunu ucuz tutmaq olmaz. Dini ehkamlarımızı yaxşı bilməyənlərə bunlar izah edilməlidir. Əgər vətəndaşlar bu barədə bilsələr, bunu etməzlər. Xaricdə təhsil alıb gələnləri məhz bunda istifadə edirlər".Onun fikrincə, azərbaycanlılar suriyalıların bir-biri ilə hakimiyyət uğrunda davasında onların daxili işlərinə qarışmamalıdırlar: "Sən burada Qarabağı qoyub Suriyaya gedirsən. Müəyyən qüvvələr var ki, təxribatla məşğuldurlar. Kişilərlə yanaşı, qızlarımızı, qadınlarımızı da yoldan çıxararaq Suriyaya göndərirlər. Onları ailələrinə qarşı qoyurlar".

V. Məmmədəliyev lazımi hüququ olmayan bəzi insanların fətva xarakterli fikirlər irəli sürməsinə də münasibət bildirib: "Hər yerindən duran fətva verə bilməz. Bunun üçün Qafqaz Müsəlmanları İdarəsi var. Azərbaycan hüquqi, dünyəvi, eyni zamanda müsəlman dövlətidir. Kimin ixtiyarı var ki, burada dövlətə və dinə qarşı təxribat etsin, dövlətə, qanunlarına zidd olan dinləri, ideyaları təbliğ etsinlər? Gənclərimizin gedib xaricdə bir-birinə qarşı duran qüvvələri hansısa formada müafiə etmələrinə lüzum yoxdur. Ailələrin başsız, çörəksiz qoyulmalarına son verilməlidir".

Akademik, həmçinin bu gün QMİ-nin verdiyi fətvadan sonra bu sahədə ciddi dönüş yaranacağına qəti inanındığını deyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR