Amerikalı həmsədr Araz Əzimovun iradına münasibət bildirdi
Bizi izləyin

Nida.az

Amerikalı həmsədr Araz Əzimovun iradına münasibət bildirdi

Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik xarici işlər nazirinin müavini Araz Əzimovun dediklərinə münasibət bildirib.

Publika.az xəbər verir ki, səhifəsində C. Uorlik “Twitter” səhifəsində bildirib ki, həmsədrlər münaqişənin həll istiqamətində birgə işləmək fikrindədirlər: “ATƏT-in Minsk qrupunun həmsədr ölkələri – ABŞ, Rusiya və Fransa Dağlıq Qarabağ münaqişəsində sülhü dəstəkləmək məqsədilə birgə işləmək üçün ortaq fikirdədirlər”.
Onun fikrincə, münaqişənin həllində irəliləyiş əldə etmək mümkündür. Uorlik ATƏT sədri ilə görüşmək üçün hazırda Varşavada olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Araz Əzimovun jurnalistlərə açıqlamasında ona bəlli olan səbəblərə əsasən deyib ki, son bir neçə ildə Minsk Qrupunun həmsədrləri prosesi öz əllərində cəmləşdiriblər və qrupunun fəaliyyətinin tam tərkibdə həyata keçirilməsinə əngəl törədirlər.

“Məsələn, 2012-ci ildə Minsk prosesinin 20 ili tamam olanda mən həm tərəfdaş dövlətlərə, həm də digər dövlətlərə müraciət etmişəm. Təklif etmişdim ki, 20 illik yubileyi qeyd etmək üçün Minsk qrupunun yüksək səviyyəli konfransını keçirək. Bu təşəbbüs rəhbərliyimiz tərəfindən dəstəkləndi. Lakin sonra gördük ki, həmsədrlər buna yol vermək niyyətində deyillər. Yəqin ki, onlara öz işlərini üçlük arasında, təzyiq altında olmadan, beynəlxalq ictimaiyyətin diqqətini yayındıraraq aparmaq daha rahatdır. Lakin Minsk qrupunun digər ölkələri – Türkiyə, İtaliya İsveçrə, Almaniya və başqa dövlətlər prosesə maraq göstərir və maraqlarını beynəlxalq hüquq və norma prinsipləri əsasında qururlar. Mövqeləri bu prinsiplərə əsaslanır. Heç də pis olmazdı ki, Ermənistan bir daha hiss etsin və anlasın ki, onun mövqeyi beynəlxalq birliyin mövqeyinə heç də uyğun gəlmir”- deyə nazir müavini qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm