Nida.az
Bakı Moskvaya Qarabağdan hansı mesajı verir? – Şok iddia
“Rusiya 3 rayonu qaytarmaqla Azərbaycanı Avrasiya İttifaqına daxil etmək istəyir. Bu, bir növ əvvəlcədən ödəniş kimidir. Əgər bu baş verəcəksə, regionda sabitlik yenidən pozulacaq. Çünki erməni hakimiyyəti Kremllə razılaşsa da, erməni xalqı buna qarşı çıxacaq və Kreml ermənilərə cavab verməli olacaq”.
Publika.az xəbər verir ki, bu barədə “Jane's Intelligence” analitik mərkəzinin MDB və Rusiya üzrə mütəxəssisi Lilit Qevorqyan deyib.
Analitik hesab edir ki, cəbhə xəttində gərginlik Azərbaycanın
Rusiyaya mesajıdır. Belə ki, rəsmi Bakı Qarabağla bağlı hər hansı
qərarı əsəbiliklə qarşılayır: “Xüsusilə də Azərbaycan olmadan öz
müqəddəratının təyin edilməsinə görə. Azərbaycanlılar gərginlik
yaratmaqla göstərməyə çalışırlar ki, Qarabağla bağlı heç bir güzəşt
olmayacaq və burda Krım ssenarisi reallaşa bilməz. Lakin bundan
narahat olmaq lazım deyil. Çünki Rusiya Azərbaycana silah satmaqla
Krım ssenarisinin Qarabağa tətbiq etməyəcəyini göstərir”.
L. Qevorqyan bildirib ki, Bakı Rusiyanın Minsk qrupunda üstünlüyünə
ona görə çalışır ki, Krım Qarabağ üçün president olmasın.
“İndi Azərbaycan çalışır ki, Rusiya ilə münasibətləri əvvəlki
qaydada saxlasın. Lakin o da həqiqətdir ki, Rusiyanın Qarabağ
münaqişəsinin həll olunmamasında olan maraqları əsas maneədir”, -
deyə o bildirib.
Asif
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO