Obama Bakıdan sonra İrəvana da səfir namizədini açıqladı
Bizi izləyin

Nida.az

Obama Bakıdan sonra İrəvana da səfir namizədini açıqladı

ABŞ prezidenti Barak Obama Ermənistana səfir postuna Riçard Millzin namizədliyini irəli sürüb.
Publika.az xəbər verir ki, R. Millz bu postda Con Hefferni əvəz edəcək.

Millz bundan öncə ABŞ diplomat missiyasında müavin postuna çalışıb. Paris, Dublin, London, Bağdad, İslamabadda işləyib. Həmçinin Azərbaycan və Ermənistan üzrə fəaliyyət göstərib.

Fransız və rus dillərini bilir. Sonuncu iş yeri Livan olub.

Qeyd edək ki, Obama Azərbaycana da yeni səfir namizədi göstərib. Bu Robert Cekutadır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm