Polkovnikdən ilginc açıqlama: “Ordumuz hücuma keçsə...”
Bizi izləyin

Nida.az

Polkovnikdən ilginc açıqlama: “Ordumuz hücuma keçsə...”

“Orduda aparılan islahatları yüksək qiymətləndirirəm. Hesab edirəm ki, Prezident İlham Əliyev və onun administrasiyasının apardığı siyasət nəticəsində itirilmiş ərazilərimiz geri qaytarılacaq”.

Bu barədə ehtiyatda olan polkovnik Əzizağa Qənizadə Publika.az-a açıqlamasında Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısına həsr edilmiş iclasında çıxışı zaman ordu quruculuğu haqda fikirlərinə münasibət bildirərkən deyib.

Hərbçi qeyd edib ki, Azərbaycan ordusu hər zaman döyüşə hazırdır: “Bu gün Ermənistan ordusu ilə Azərbaycan Ordusu arasında yerlə göy qədər fərq var. Erməni ordusu özünə deyil, rus bazalarına söykənir. Əgər Ermənistanla müharibə olarsa, Azərbaycan torpaqlarını azad etməyə qadirdir. Sadəcə olaraq, bu prosesdə dünya gücləri də iştirak edir və buna imkan verilmir. Lakin balans qorunsa və ordumuz hücuma keçsə, ermənilər özləri torpaqları qoyub qaçacaq. Bununla yanaşı, siyasi balans yaranarsa, müharibə olmadan ərazi bütövlüyümüz bərpa olunacaq”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm