Nida.az
Dağlıq Qarabağdan seçilmiş deputat İlham Əliyevin işini təqdir etdi
Milli Məclisin 24 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsindən seçilmiş deputat Elman Məmmədov Prezident İlham Əliyevin keçirdiyi son müşavirədə məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı söylədiyi fikirləri təqdir edib.
Deputat E.Məmmədov Publika.az-a açıqlamasında bildirib ki, İlham Əliyevin prezidentliyi dövründə məcburi köçkünlərin bütün problemlərinin həlli ən önəmli məsələ kimi diqqətdə saxlanılıb.
E. Məmmədov deyib: “Prezident İlham Əliyev öz yubileyini belə məcburi köçkünlərlə bir yerdə qeyd etmişdi. Bu, bir daha Cənab Prezidentin məcburi köçkünlərə olan böyük diqqət və qayğısından xəbər verir. Onun prezidentliyi dövründə özünün də söz verdiyi kimi, 1 nəfər belə olsa çadır şəhərciyində yaşayan adam qalmayıb. Bütün qaçqın və məcburi köçkünlər evlərdə yerləşdirilib. Hazırda da Bakı və ətraf rayonlarda məcburi köçkünlər üçün müasir mənzillər tikilir. Yəni, 15-20 mindən çox məcburi köçkünün həmin mənzillərə köçürülməsi gözlənilir. İndiyədək Cənab Prezident nə deyibsə, onu da yerinə yetirib. Prezidentimiz hər dəfə çox gözəl vurğulayır ki, bizim siyasətimiz bizim işimizdir. Yəni, Cənab Prezident gördüyü işlə Azərbaycanın daxili və xarici siyasətini müəyyən edir”.
Vasif Həsənli
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu