Nida.az
Sərkisyan Kazan danışıqlarının sirrini açdı: “Problem onda oldu ki...”
Ermənistan prezidenti Serj Sərkisyanın Latın Amerikası ölkələrinə konfuzlarla müşayiət olunan səfəri davam edir.
Virtualaz.org saytı xəbər verir ki, Sərkisyan Uruqvaya səfərini başa vuraraq Çiliyə yola düşüb. Uruqvayda o, yerli erməni icmasının nümayəndələri ilə görüşüb və onların suallarına cavab verib.
Sərkisyan Uruqvay erməniləri arasında
Sərkisyan Uruqvay ermənilərindən xahiş edib ki, Ermənistanın paytaxt Montevideoda səfirliyinin açılmasına kömək etsinlər. Belə ki, Ermənistan büdcəsi Uruqvayda səfirliyin açılmasına imkan vermədiyindən Sərkisyan erməni diasporunun ianələrinə ümid edir.
Uruqvay erməniləri isə Sərkisyana Ermənistanın boşalması və kütləvi mühacirət problemi barədə suallar veriblər. Cavabında Ermənistan prezidenti deyib ki, bu məsələ spekulyasiya predmetinə çevrilib.
Sərkisyan bildirib ki, Ermənistan müxalifəti bu məsələyə görə onu tənqid edir. Hansı ki, vaxtilə onlar hakimiyyətdə olanda da Ermənistandan mühacirət var idi.
Sərkisyan Uruqvaydakı erməni diasporu ilə görüşdə
Ermənistan prezidenti daha sonra əlavə edib ki, mühacirət məsələsi onun məsuliyyətindədir və bu məsələyə ağrılı yanaşır. Bununla belə sərhədləri bağlamaq və heç kimin ölkəni tərk etməsinə icazə verməmək də mümkün deyil. Sərkisyanın sözlərinə görə, keçmiş sovet respublikalarının əksəriyyəti bu probemlə üzləşib.
Görüşdə Dağlıq Qarabağ məsələsi ilə bağlı suallar da verilib. Sərkisyan deyib ki, Ermənistan Qarabağı “bütün mümkün vasitələrlə” dəstəkləyir. Lakin Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı məsələsinə gəldikdə Sərkisyan bildirib ki, Qarabağın danışıqlar prosesindən çıxması barədə qərarı o verməmişdi.
“Lakin mən həmişə bildirirəm ki, Qarabağ danışıqlar barədə məlumatlanmalıdır” - deyə Ermənistan prezidenti bildirib.
Sərkisyanın dediyinə görə, 2011-ci ilin iyun ayında Kazanda Ermənistan, Azərbaycan və Rusiya prezidentləri arasında danışıqlarda problem də məhz Qarabağın bu prosesdə iştirakı, razılaşmanı imzalayıb ratifikasiya etməsi məsələsi ilə bağlı olmuşdu.
Üç prezidentin Kazan görüşü
Xatırladaq ki, Rusiyanın o vaxtkı prezidenti Dmitri Medvedyevin vasitəçiliyi ilə 3 ilə yaxın davam etmiş danışıqlar məhz Kazan görüşündə iflasa uğradı.
Əliyev-Medvedyev-Sərkisyan formatında keçirilən çoxsaylı görüşlərdən sonra tərəflərin münaqişənin nizamlanmasının baza prinsiplərini, yaxud Madrid prinsiplərini imzalamağa yaxın olduğu bildirilirdi və həlledici görüş Kazana təyin olundu. Lakin gözlənilən razılaşma baş tutmadı və o vaxtdan etibarən danışıqlar prosesi faktiki olaraq dayandırılmış vəziyyətdədir.
Belə məlum olur ki, Ermənistan prezidenti razılaşmadan qaçmaq üçün Qarabağın da həmin baza prinsiplərinin imzalanmasında tərəf kimi iştirakı məsələsini qoyub. Azərbaycan isə təbii ki, bu şərti qəbul edə bilməzdi.
Musavat.com
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz25 Aprel 19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü