• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Sərkisyan: “Amerika ərazilərin Azərbaycana qaytarılmasını istəyir”

  • Nida.az
  • 12 İyul 2014 12:59
  • 647 Baxış
Sərkisyan: “Amerika ərazilərin Azərbaycana qaytarılmasını istəyir”

“Bütün tərəflər Qarabağ münaqişəsindən öz maraqları üçün istifadə etməyə çalışır”.

Publika.az xəbər verir ki, erməni ekspert Manvel Sarkisyan amerikalı həmsədr Ceyms Uorlikin fikirlərini şərh edərkən deyib. Erməni ekspert bildirib ki, həmsədrlər Qarabağ münaqişəsinin nizama salınmasında fikir ayrılığının olmadığını iddia edirlər: “Amma faktiki olaraq, fikir ayrılığı var. Amerika tərəfi hamıya mövcud tərəfi xatırlatmağa çalışır. Rusiya bu məsələyə öz marağından yanaşır. Rusiyanın hədəfi regiona öz qoşunlarını yerləşdirməkdir. ABŞ və Fransa da balansı tarazlaşdırmaq üçün hərəkət edir. Amerika ərazilərin Azərbaycana qaytarılmasını istəyir. Bakının növbəti yanaşması isə belədir: torpaqlar bizimdir, ya sakitcə verin, ya da güc yolu ilə alacağıq”.

M. Sərkisyan iddia edib ki, Qarabağı ticarət sövdələşməsinin predmeti etmək istəyirlər.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR