Nida.az
İlham Əliyev qəsəbənin adını dəyişdirdi
Dövlət başçısı Azərbaycan Respublikası Prezidentinin 2014-cü il
17 yanvar tarixli 232 nömrəli Sərəncamı ilə təsdiq edilmiş
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda dəyişikliklər
edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu
bəndini rəhbər tutaraq, “2014-2016-cı illərdə Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il 17 yanvar tarixli 232 nömrəli Sərəncamını
“Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi
bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının 2014-cü il 3 fevral tarixli 898-IVQ nömrəli
Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 yanvar tarixli 232 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 1, maddə 45) ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın “1. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində görülmüş işlər” bölməsinin 5-ci hissəsində və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın “2.12. Pirallahı rayonu” bölməsinin 2.12.10.3-cü yarımbəndində “Gürgan” sözü “Gürgən” sözü ilə əvəz edilsin.
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT
-
Dünya10:56
NATO Rusiya ilə müharibəyə hazırlaşır - Bu ölkədən hücuma keçəcəklər
-
Nida Xəbər 10:30
Bu gün ilk Qədr gecəsidir