AXCP Müsavatla yenə birləşmək istəyir
Bizi izləyin

Nida.az

AXCP Müsavatla yenə birləşmək istəyir

Kərimov qeyd edib ki, əgər Müsavat birləşmək istəyirsə, AXCP bunu müzakirə edib öz qərarını bildirəcək

“Müsavat Partiyası Milli Şuranı tərk etməmişdən öncə AXCP tərəfindən səsləndirildi ki, eyni sosial bazaya, eyni əqidəyə malik olduğumuz üçün birləşib super partiya yaratmağımız doğru olar. Bu yenə qüvvədədir”.

Bu barədə AXCP sədrinin müavini Həsən Kərimov Publika.Az –a açıqlamasında Müsavatın müttəfiqlik sazişini yenidən gündəmə gətirməsinə münasibət bildirərkən deyib.H. Kərimov qeyd edib ki, əgər Müsavat birləşmək istəyirsə, AXCP bunu müzakirə edib öz qərarını bildirəcək: “Lakin Milli Şuradan kənarda bu prosesləri aparmaq müzakirə mövzusu deyil. Biz Mili Şuranı müxalifətin güc mərkəzi hesab edirik. Onun dağılmasının tərəfdarı deyilik. Biz milli Şuranı yaşadacağıq”.

Milli Şurada AXCP-nin monopoliya yaratmaq iddialarına da münasibət bildirən H. Kərimov bunu inkar edib. Bildirib ki, orda QHT-lər, ziyalılar, gənclər fəaliyyət göstərər və AXCP-nin hər-hansı monopoliyasında söhbət getmir. H. Kərimov Eldar Namazovun istefası barədə bildirib ki, bunu normal qarşılayır.

“Lakin E. Namazov Milli Şuradan fərd olaraq gedib. “El” hərəkatının üzvləri Milli Şuradadırlar, eyni zamanda Koordinasiya Şurasında da təmsil olunurlar. Bununla yanaşı, Müsavat da Milli Şuradan getməyinə baxmayaraq, onun da üzvləri qurumda qalır. Hazırda İsa Qəmbərin müşaviri Tofiq Hüseynov və Tofiq Yaqublu Milli Şurada təmsil olunurlar”-deyə Həsən Kərimov qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm