Müsavatçılar İsa Qəmbəri Messiyə bənzətdi
Bizi izləyin

Nida.az

Müsavatçılar İsa Qəmbəri Messiyə bənzətdi

Müsavat başqanı İsa Qəmbəri Argentina yığmasının kapitanı, futbol ulduzu Lionel Messi ilə müqayisə ediblər.

Publika.az xəbər verir ki, Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli bildirib ki, Messi dünya futbolunun İsa Qəmbəridir.

“O, hamıdan güclüdür, amma hələ layiq olduğu statusa yetişməyib – dünya kubokunu başı üzərində qaldırmayıb. Necə ki İsa Qəmbəri gah Elçibəylə, gah Heydər Əliyevlə, gah Etibar Məmmədovla, gah Əli Kərimli ilə müqayisə ediblər, eyni qayda ilə Messini də gah Maradona ilə, gah Ronaldinio, gah Ronaldo, gah da Neymarla müqayisə edirlər”,- deyə İsa Qəmbərin müşaviri iddia edib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm