Duqin Bakını müdafiə edib, İrəvanı hədələdi
Bizi izləyin

Nida.az

Duqin Bakını müdafiə edib, İrəvanı hədələdi

“Rusiya Avrasiya İttifaqı məsələsində Ermənistanın tərəddüdlərindən məyus duruma düşüb”.

Publika.az xəbər verir ki, Kremlin ideoloqu, Beynəlxalq Avrasiya Hərəkatının lideri, erməni-rus klubunun üzvü Aleksandr Duqin Serj Sərkisyanın Argentina mətbuatına müsahibəsində “Rusiyanın Azərbaycana silah satması bizi kədərləndirir” sözlərini şərh edərkən deyib. Onun sözlərinə görə, Rusiya Ermənistana kömək edir, amma bu, Azərbaycana qarşı yönəldilməyib: “Rusiya Ermənistanla da, Azərbaycanla da müxtəlif səviyyələrdə əlaqələr qurub. Vəziyyəti dramatikləşdirmək lazım deyil. Digər tərəfdən, Ermənistan Avrasiya İttifaqına nə qədər çox yaxınlaşsa, Ermənistan-Rusiya münasibətləri bir o qədər möhkəmlənəcək. Əminəm ki, çox şey İrəvandan asılıdır. Hesab edirəm ki, payıza qədər Ermənistan Avrasiya İttifaqına qoşulacaq. Lakin burda ləngimə İrəvanın özünə bağlı məsələdir”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm