“Stratfor”dan şok Qarabağ proqnozu: “Yaxın Şərqdən sonra...”
Bizi izləyin

Nida.az

“Stratfor”dan şok Qarabağ proqnozu: “Yaxın Şərqdən sonra...”

ABŞ-ın nüfuzlu beyin mərkəzi “Stratfor” Dağlıq Qarabağ münaqişəsində hazırki vəziyyət və həll yollarına dair məqalə ilə çıxış edib.

Publika.az xəbər verir ki, mərkəz Ermənistan və Azərbaycanın onilliklər ərzində müzakirə apardığı Dağlıq Qarabağ münaqişəsi üzrə son aylar diplomatik partlayışın müşahidə olunduğunu bildirir. Bunun fonunda Rusiya Qafqazda güclənmək üçün Azərbaycana problemin həllini vəd edir.


Rusiya və Qərb Ukrayna üzərində qarşı-qarşıya gəlincə, tərəflərin Qafqazda güc balansını xeyrinə dəyişmək üçün hərəkətə keçməsi müşahidə olunur. Gürcüstan daha çox Qərbə meyllənir. Azərbaycansa tərəflər arasında balansı saxlamağa çalışır. Ermənistanın Qarabağ üzərindən yaratdığı gərginlik Bakının seçim aspektində rol oynayır.

Qarabağ münaqişəsinə tarixi aspektdən yanaşan mərkəz qeyd edir ki, 1994-cü ildə bağlanan atəşkəsdən sonra ATƏT dövriyyəyə çıxdı. Rusiya, ABŞ və Fransanın həmsədrliyi ilə münaqişənin həlli istiqamətində addımlar atılsa da, 20 ildir nəticə yoxdur.


Buna səbəb nədir?

Səbəb ilk növbədə regional güclərin münaqişəyə təsiridir. Rusiya, Türkiyə və İran. Bu üç ölkə əsrlər boyu Qafqazda rəqabət aparıblar və bu, indi də davam etməkdədir. Onların bir-biri ilə rəqabətində Qarabağ əhəmiyyətli faktordur. Hazırda türkiyə Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında əsas rol oynayır, Rusiya və İran hər iki tərəf silah dəstəyi verir, lakin bu dəstəyi daha çox Ermənistan hiss edir.
Münaqişənin sülh danışıqlarında əsas rolu Rusiya oynasa da, Vaşinqton da oyuna girdi. O vaxt Kreml və Ağ ev arasında münasibətlər isti idi. 1997-ci ildə Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan münaqişənin həllinə həqiqətən də yaxın idi. Lakin bu onun istefası ilə nəticələndi. Növbəti 12 ildə təmas xəttində atəşkəs zaman-zaman pozulsa da, danışıqlar üçün razılıq da genişləndi. Lakin hər şey 2009-cu ildə- Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq istəyi ortaya çıxana qədər davam etdi. Bu, Bakı və Ankara arasında münasibətləri gərginləşdirdi və hər şeyi Moskvanın xeyrinə işləyirdi. Həmçinin, Ermənistanla əlaqələr yaratmaq istəyən Ankaranın münasibətləri Moskva ilə da istiləşdi. Buna paralel olaraq İran Bakının İsraillə yaxınlaşmasından qıcıqlanaraq İrəvanla təmasları genişləndirdi. Sonradan Bakı ilə münasibətlər müəyyən mənada duruldu. Amma hazırda Rusiyanın Ermənistana dəstəyi münaqişənin davam etməsində əsas faktor kimi çıxış edir. Rusiya həmin ərəfədə Gürcüstan üçün Cənubi Osetiya və Abaxaziya problemini də yaradaraq Cənubi Qafqazı özündən asılı vəziyyətə saldı. Eynilə Qarabağ kimi.


Münaqişənin gələcəyi


Demək olmaz ki, Qarabağ münaqişəsindəki vəziyyət həmişəlik davam edəcək. Tarix göstərdi ki, Rusiyanın zəiflədiyi dövrlərdə münaqişənin həllinə yaxınlaşmaq mümkündür. Bu aspektdə hesab etmək olar ki, Rusiya Ukrayna böhranından sonra vəziyyət çətinləşib. Amma baxmayaraq ki, Rusiya müdafiədədir, Moskva siyasi və iqtisadi gücünü saxlayır və enerji rıçaqlarını işə salıb. Digər tərəfdən Ukrayna, Moldova və Gürcüstanı itirsə də, sovet həlqəsində Belarus, Qazaxıstan və Ermənistan da daxil olmaqla şəbəkəyə malikdir. Hazırda Rusiya üçün “Cənub axını” layihəsində Avropanı boğmaq üçün Azərbaycan lazımdır və bu prosesdə Qarabağ münaqişəsindən lazımınca istifadə edilir.


Vaşinqton nə etməli?


Moskvanın Qarabağa münaqişəsində mövqeyinin dəyişməsi və nəticədə həlli Rusiyanın zəifləməsi demək olardı. Bu baxımdan, Kremlin sadiq müttəfiqi Ermənistana üz çevirəcəyi az ehtimal olunur. Lakin Bakını itirməmək üçün müəyyən cəhdlər gözə dəyir.

Burda Türkiyə amilini gözdən çıxarmaq lazım deyil. Belə ki, Ankaranın Ermənistanla yaxınlaşmaq cəhdlərinə baxmayaraq Bakının qeyri-rəsmi müttəfiqliyi davam edir. Türkiyənin mövqeyi Rusiya qədər güclü olmasa da, ABŞ-n dəstəyi regional dinamikanı dəyişdirə bilər. Bunun fonunda Türkiyə ilə yaxın olan Bakıya da Amerikadan dəstək gəlir. Qarabağ münaqişəsində Amerika ən azından siyasi mövqe nümayiş etdirir.

Oxşar venada davam edən proseslər ABŞ-la İran arasındadır. Son vaxtlar irana sanksiyaların yumşalması Tehranın sərtliyini azaldır. Tehranla Vaşinqton arasında münasibətlər yaxşılaşarsa, bu, Qarabağ probleminə də təsir edəcək. Təbii ki, hazırda gözlər Yaxın Şərqə dikilib. Yaxın Şərqdən sonra potensial siyasi mübarizə məhz Qafqazda ola bilər ki, burda əsas məqam Qarabağ münaqişəsidir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm