• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Müxalifət AXC yubileyini ayrılıqda qeyd edəcək

  • Nida.az
  • 14 İyul 2014 14:12
  • 874 Baxış
Müxalifət AXC yubileyini ayrılıqda qeyd edəcək

1989-cu il 16 iyul tarixində Bakıda gizli şəkildə təsis olunmuş Azərbaycan Xalq Cəbhəsi hərəkatının yaranmasından 25 il ötür.

25 il öncə yaranan hərəkat lideri Əbülfəz Elçibəyin ölümündən sonra parçalandı və bazasında bir neçə partiya yarandı. Həmin partiyalar bir-biri ilə münasibətdə kifayət qədər məsafə saxlayır, bir çox hallarda qarşılıqlı ittihamlar irəli sürürlər. Artıq xeyli aralı düşən partiyalar 25 ilik ildönümü də bir yerdə keçirməyəcək.
Müsavat Məclisinin üzvü Tural Abbaslı Publika.az-a açıqlamasında bildirib ki, iyulun 15-da partiya qərargahında AXC-nin ildönümü qeyd olunacaq: “Bəzən AXC ilə AXCP qarışıq salınır. Əslində, Xalq Cəbhəsi hərəkatının, Elçibəyin lideri olduğu, İsa Qəmbərin və digərlərinin təmsil olunduğu hərəkatın yaranmasının 25 illiyidir. Burda mənfi niyyət axtarmaq istəmirəm, amma bəziləri bunu AXCP-nin 25 illiyi kimi təqdim edir. Onları da başa düşürəm. Çünki hər kəs istəyər ki, partiyasının tarixi bu şərəfli günlə hesablansın. AXCP-nin adındakı oxşarlıq da müəyyən qədər məntiqlidir. Lakin o da həqiqətdir ki, bu, AXC-nin yubileyidir. AXC-də olmuş şəxslərin əksəriyyəti AXCP-də təmsil olunduğu kimi, Müsavatda da təmsil olunur. Hətta hərəkatın İdarə Heyətinin əsas üzvləri bu gün Müsavatdadır”.

KXCP sədrinin müavini Xəzər Teyyublu da Publika.az-a açıqlamasında bildirib ki, onlar yubileyi ayrıca qeyd edəcəklər.

“KXCP bununla bağlı silsilə tədbirlər keçirəcək. Respublika üzrə bütün şöbələrdə bu qeyd olunacaq. Elçibəyin məzarı ziyarət ediləcək, daha sonra qərargahda tədbir davam edəcək”,- deyə o bildirib.
Qeyd edək ki, AXCP və təmsil olunduğu Milli Şura da yubileyi ayrılıqda keçirmək niyyətindədir.


Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR