Tural Abbaslı: “Niyyətimiz odur ki, başqanlığı əldə edək”
Bizi izləyin

Nida.az

Tural Abbaslı: “Niyyətimiz odur ki, başqanlığı əldə edək”

“Başqanlığa namizədliyimlə bağlı qərarımda heç bir dəyişiklik yoxdur”.

Bu barədə Müsavat Məclisinin üzvü, partiya başqanlığına gənclərin namizəd Tural Abbaslı Publika.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, sentyabrın 27-nə qədər normal şərait yaradılarsa, qurultay keçiriləcək: “Biz də dostlarımız və silahdaşlarımızla məsləhətləşib namizədliyimizi irəli sürmüşük. Niyyətimiz odur ki, rəqabətli başqan seçkiləri keçirilsin. Biz də potensialımızı ortaya qoymaq üçün başqanlığı əldə edək. Adları mətbuatda hallanan bütün namizədlər bu və ya digər formada insanlarla görüşür, gələcəyə dair fikirlərini bölüşürlər. Biz də hazırda mövcud olan seçki atmosferinə uyğun olaraq görüşlər keçiririk. Lakin hələlik aktiv fazaya keçmədiyi və rəsmi prosedur başlamadığı üçün təbliğat kampaniyasına start verməmişik. Həmin dönəm başlayanda daha açıq və görünən təbliğat aparacağıq”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm