Sərkisyan İlham Əliyevdən niyə qorxur?- erməni nəşri
Bizi izləyin

Nida.az

Sərkisyan İlham Əliyevdən niyə qorxur?- erməni nəşri

“Azərbaycanın sürətli həmlələri Serj Sərkisyanı qorxudub”.

Publika.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Qarabağ müharibəsinin veteranı, “Aroba” dəstəsinin komandiri Manvel Yeqiazaryan deyib.

Sərkisyanın Aregantina nəşrinə müsahibəsində “Biz Rusiyanın Azərbaycana silah satmasından narahatıq” sözlərini şərh edən erməni veteran bildirib ki, Sərkisyan nədənsə qorxmayıbsa, belə deməzdi.
“Azərbaycanın silah arsenalı zəngindir, lakin bizim döyüş bacarığımız daha yaxşıdır. Biz qorxmamalıyıq”,- deyə erməni döyüşçü iddia edib.

Bununla yanaşı, erməni nəşri “armtoday” Sərkisyanın son müsahibəsini Bakıdan ciddi mesajlarla əlaqələndirib. Nəşr qeyd edir ki, Azərbaycan rəhbərliyinin sürətli həmlələri Qarabağa güzəştsiz yanaşacaqlarından xəbər verir. Bu isə münaqişənin yenidən alovlana biləcəyi ehtimalını gücləndirir. Nəşr Sərkisyanın yeni müharibənin başlaya biləcəyi ehtimalından çəkindiyini qeyd edir. Ən pisi isə, bu müharibədə Moskva İrəvanı tək qoya bilər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm