• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

"Bu, yalançı aqressiya yolverilməzdir"

  • Nida.az
  • 28 Yanvar 2014 16:10
  • 429 Baxış
"Bu, yalançı aqressiya yolverilməzdir"

"El" hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev hərəkatın sədri Eldar Namazovun Milli Şuradan istefasına Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) tərəfindən aqressiv münasibəti yolverilməz hesab edir.

E.Quliyev Trend-ə bildirib ki, Milli Şuradan hər hansı bir istefa, qopma qətiyyən aqressiv notlarla qarşılanmamalıdır və yaxud kimsə gedirsə, onun arxasınca hər hansı kampaniyanın aparılması yolverlməzdir: "Eldar Namazov Milli Şuraya uğurlar arzu edərək getdi. Ona görə də mən bu aqressivliyi başa düşə bilmirəm. Bu çəkişmələr, bu didişmələr, bu yalançı aqressiya yolverilməzdir".

O, hesab edir ki, demokratik düşərgənin bu ətalətdən çıxması üçün yeni təfəkkür tərzi, yeni konseptual baxış lazımdır, gənclərə daha çox meydan vermək lazımdır: "Təfəkkür tərzi stereotip düşüncə ilə buxovlananda çox çətin olur. Müxalifət parçalanmaqdan daha çox birləşməyə çalışmalıdır. Amma parçalanma da cürbəcür olur. Parçalanma var ki, hərə vahid bir əsər üzərində işləyir, yəni bu mozaika prinsipidir ki, sonra rəylər birləşəndə vahid bir mənzərə gözümüzün qabağına gəlir. Bir də şüşə kimi çiliklənmək, yəni birləşməmək qorxusu var".

E.Quliyev deyib ki, bugünkü müxalifət daha çox həmin mozaika prinsipinə üstünlük verməlidir və öz strateji konseptual baxışlarını dəyişməlidir.

Qeyd edək ki, həm Müsavat Partiyası, həm də "El" hərəkatının üzvləri Milli Şuradan istefa verdikdən sonra AXCP bu istefaları birmənalı qarşılamayıb və onları ittiham edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR