Prezidentin səfəri İtaliya mətbuatında (FOTO)
Bizi izləyin

Nida.az

Prezidentin səfəri İtaliya mətbuatında (FOTO)

İtaliyanın bir sıra xəbər agentlikləri, informasiya portalları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ölkəyə rəsmi səfəri ilə bağlı məqalələr yayıblar.

ANS PRESS-in məlumatına görə, məqalələrdə Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri, Azərbaycan-İtaliya münasibətlərinin hazırkı durumu, səfər çərçivəsində keçirilən görüşlər və bir çox sahələrdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri təhlil olunur.

“Affari İnternazionali” onlayn jurnalında yerləşdirilmiş məqalədə deyilir ki, altı illik fasilədən sonra Azərbaycan Prezidenti İlham Əliyev yenidən İtaliyada səfərdədir. Səfər çərçivəsində keçirilən görüşlər ikitərəfli münasibətlərin müzakirəsi baxımından yaxşı imkan yaradıb. Uzun illərdir ki, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Bu səfər mövcud tərəfdaşlığı daha da möhkəmləndirəcəkdir. Hazırda Xəzər dənizinin təbii qaz ehtiyatlarını İtaliya vasitəsilə Avropaya çatdıracaq TAP layihəsi hər iki ölkə üçün aktual məsələdir. Digər tərəfdən, qarşılıqlı investisiya yatırımları ilə bağlı mövzular da gündəmdədir. İtaliya şirkətləri təkcə enerji sektorunda deyil, həmçinin tikinti, infrastruktur, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, ərzaq sənayesi, turizm kimi sahələrdə də Azərbaycanda fəaliyyət göstərməkdə maraqlıdırlar. Bu kontekstdə TAP-ın reallaşması iki ölkə arasında iqtisadi münasibətlərin gələcək inkişafını müəyyənləşdirmək üçün vacib amildir. Bu layihə Avropanın enerji təhlükəsizliyinin gələcək durumuna da təsir edəcəkdir. TAP layihəsi 2019-cu ildə başa çatdırıldıqdan sonra 10 milyard kubmetr həcmində Azərbaycan qazının İtaliyaya nəqli planlaşdırılır. Bununla da çoxlu yeni iş yerinin açılması nəzərdə tutulub.

“TM news” xəbər agentliyinin saytında və “Staffetta quotidiana” portalında isə Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Corco Napolitanonun görüşü ilə bağlı məlumatlar yer alıb.

Məqalələrin tam mətnlərini aşağıdakı linklərdə oxumaq olar:

http://www.affarinternazionali.it/articolo.asp?ID=2733

http://www.tmnews.it/web/sezioni/nuovaeuropa/PN_20140714_00243_NE.shtml

http://www.staffettaonline.com/articolo.aspx?ID=129459





Oxumağa davam et
Reklam
Reklam

Gündəm