• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Fazil Mustafa: “AXCP Əbülfəz Elçibəyə ən hörmətsiz davranışları edib”

  • Nida.az
  • 15 İyul 2014 10:48
  • 832 Baxış
Fazil Mustafa: “AXCP Əbülfəz Elçibəyə ən hörmətsiz davranışları edib”

“Kim iddia edirsə ki, AXC-nin varisidir, onun bu yolu davam etdirməsi normal qarşılanmalıdır”.

Bu barədə AXC hökumətində yüksək vəzifə tutmuş Böyük Qurtuluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa Publika.az-a açıqlamasında AXC-nin 25 illik yubileyi ərəfəsində mübahisələrə səbəb olan varislik məsələsində münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bir təşkilatın üç, dörd, yaxud beş varisi ola bilər: “Söhbət hüquqi yox, mənəvi varislikdən gedir. Kim buna iddia edirsə, hesab edirəm ki, hamısının haqqı çatır”.

Lakin F. Mustafa varislik üzərində mübahisələri normal qəbul etmir.
“Onsuz da kimsə süddən çıxmış ağ qaşıq deyil ki, bu missiyaya yalnız özünün haqqının çatdığını iddia edəsən. Çünki bu gün AXCP adı ilə anılan qüvvələr AXC-nin simvoluna çevrilmiş Əbülfəz Elçibəyə ən hörmətsiz davranışları ediblər. Əgər bununla ölçülürsə, onların bu missiyanı davam etdirmələrinə mənəvi cəhətdən də haqları çatmır”,- deyə o bildirib.

BQP sədri qeyd edib ki, bütün cinahlarda olanların – istər BAXCP, istər KXCP AXC-nin varisliyinə iddia etmələri normaldır.


Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR