Nida.az
Vitse-spiker danışdı: “Cəbhədə lokal döyüşlər gedir”
Bahar Muradova: “Ermənilərin istər Dağlıq Qarabağ ərazisində, istərsə Ermənistan-Azərbaycan sərhədində tək dayanmadıqları bəllidir”
“Vəziyyət kifayət qədər narahatedicidir. Bunun üçün də ölkə
rəhbərliyi müzakirələr də, tədbirlər də keçirə bilər, müvafiq
qərarlar da qəbul edə bilər. Buna çox normal və təbii yanaşıram.
Hər-halda vəziyyətin nə yerdə olması, necə olması ölkə rəhbərliyi
tərəfindən dəyərləndirilməlidir”.
Bu barədə Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova Publika.Az –a açıqlamasında baş nazirin rəhbərliyi ilə Müdafiə Nazirliyində keçirilən müşavirəyə münasibət bildirərkən deyib.
Vitse-spiker qeyd edib ki, insanların narahatlığını dövlət rəsmilərinin də bölüşməsi və bu məsələ ətrafında müzakirələr aparmasını müsbət qiymətləndirir.B. Muradova cəbhədəki son durumu və Ermənistan tərəfindən atəşkəsin mütəmadi pozulmasına da münasibət bildirib. Onun sözlərinə görə, burda məqsəd danışıqlar prosesində Ermənistandan tələb olunan addımları atmamaq üçün müxtəlif provokasiyalar yaratmaqdır: “Ötən ilin sonunda danışıqlar müsbət məcraya qədəm qoymuşdu. Cənab Prezidentin də açıqladığı kimi bundan sonrakı danışıqlar prosesi Ermənistanın necə mövqe tutacağından asılıdır. Dövlət başçısı konstruktiv mövqe tutacaqları təqdirdə bir çox irəliləyişlər əldə etməyin mümkünlüyünü söyləmişdi. Görünür, bu istiqamətdə addımlar atmaq iqtidarında olmayan Ermənistan üstünlüyü təmas bölgəsində gərginliyin yaradılmasında görür. Ona görə də bu cür provokasiyalar göz önündədir. Çox təəssüf ki, cəbhədə vəziyyət artıq lokal döyüşlər xarakteri alıb və hər gün insan itkisi ilə, zabitlərimin, əsgərlərin ölümü, yaralanması ilə müşahidə olunur ki, bu da yolverilməzdir. Azərbaycan tərəfi də haqlı olaraq onların cavabını verir”.
Erməni tərəfinin atəşkəsi pozmağa başladığı ərəfədə ölkə
rəhbərinin xarici səfərdə olması, eləcə də iki ölkə xarici işlər
nazirlərinin görüşməsini də şərh edən B. Muradova bildirib ki,
burda məqsəd həmin görüşlərdə diqqəti yalnız lokal döyüşlərə,
atəşkəsin pozulması hallarına daha çox yönəltmək və fikri
bütövlükdə prosesin yox, onu ayrıca elementi üzərində cəmləməkdir:
“Ən azı bunu söyləmək olar. Diqqəti buna yönəltməkdə məqsəd o idi
ki, əsas prinsiplərin razılaşdırılması, bilavasitə sazişə keçilməsi
ilə bağlı fikirlər kənarda qalsın, danışıqlar yalnız bunun
ətrafında getsin. Mən şəxsən belə dəyərləndirə bilərəm. O ki qaldı
cənab Prezidentin ölkədən kənarda olması ərəfəsində bunların baş
verməsinə, məsələyə başqa cür yanaşmaq lazımdır. Axı, Azərbaycanda
elə bir gün olubmu ki, cəbhədə atəşkəs pozulmasın. Hər gün, hər
gecə atəşkəs pozulur. Mən cəbhə bölgəsini təmsil etdiyim üçün
vaxtaşırı bu bölgələrdə oluram. İnsanlar hər gün təhlükə
altındadır. İstər sərhəd, istər təmas xətlərinə yaxın ərazilərdə bu
cür ağır, gərgin bir şəraitdə yaşayırlar”.
Müdafiə Nazirliyinin “cəbhədə qeyri-erməni dilində komandalar verilir” açıqlamasını da dəyərləndirən vitse-spiker qeyd edib ki, belə bir açıqlama varsa, deməli, bunun əsasları da var və hansısa faktlara söykənir.
“Komandanın hansı dildə verildiyi açıqlanmadığı üçün hansısa
fikir söyləyə bilmərəm. Lakin istənilən halda ermənilərin istər
Dağlıq Qarabağ ərazisində, istərsə Ermənistanla-Azərbaycan
sərhədində tək dayanmadıqları da bəllidir”-deyə B. Muradova diqqətə
çatdırıb.
Asif Nərimanlı
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...