Nida.az
Ötən il 84 polis əməkdaşı xidmətdən xaric edilib - HESABAT
Daxili nəzarət qaydasında həyata keçirilən tədbirlərlə
vətəndaşlarla kobud rəftara görə 118, əsassız saxlamaya görə 35,
əsassız polisə gətirməklə bağlı 28 fakt üzrə 341 əməkdaş barəsində
müvafiq tənbeh tədbirləri görülüb. Korrupsiya hüquqpozmaları ilə
əlaqədar aşkarlanmış 66 fakt üzrə intizam məsuliyyətinə cəlb
olunmuş 106 əməkdaşdan 84-ü xidmətdən xaric edilib, 20-si aşağı
vəzifəyə keçirilib, 2-si barədə digər tənbeh növləri tətbiq
edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən
məlumata görə, bunu daxili işlər naziri, general-polkovnik Ramil
Usubov yanvarın 28-də DİN-də 2013-cü ilin yekunlarına və qarşıda
duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında bildirib.
Nazir cəmiyyətdə polisin nüfuzunun vətəndaşların müraciətlərinə
vaxtında, obyektiv və ədalətli şəkildə baxılmasından, bütövlükdə
insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi təminindən
birbaşa asılı olduğunu qeyd edib. O, ötən il vətəndaşların qəbulu
və müraciətlərinə baxılması sahəsində dövlət başçısının qarşıya
qoyduğu proqram vəzifələrin icrasının daim ciddi nəzarətdə
saxlanıldığını və zəruri təşkilati-əməli tədbirlərin ötən il də
planlı surətdə yerinə yetirildiyini vurğulayıb.
Daxili işlər naziri bildirib ki, nazirliyin rəhbərliyi və struktur
xidmətləri tərəfindən 5 mindən çox, o cümlədən qabaqcadan məlumat
verilməklə 64 şəhər və rayon üzrə 476 vətəndaş qəbul olunub,
qaldırılan məsələlərin əksəriyyəti yerində müsbət həll edilib.
Hesabat ilində vətəndaşlardan nazirliyə 45 minə yaxın, o cümlədən
elektron poçt ünvanına 9800 müraciət daxil olub, onların yalnız 3
faizini polis əməkdaşlarından şikayətlər təşkil edib.
O da nəzərə çatdırılıb ki, xalqa xidmət funksiyalarının icrasının
və vətəndaş məmnunluğunun daha effektli təşkilinin zəruriliyi
baxımından, qanunçuluğun qorunması işinə də böyük tələbkarlıqla
yanaşılıb. Nəticədə polis əməkdaşları tərəfindən döymə, işgəncə
vermə, qanunsuz axtarış aparma, tabel silahından qanunsuz istifadə
etmə halları qeydə alınmayıb. İnsan hüquq və azadlıqlarının
pozulması məzmunlu şikayətlər hərtərəfli və obyektiv araşdırılıb,
təsdiqlənmiş faktlar üzrə qanuni qərarlar qəbul edilib.
Publika.Az
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var