İsa Qəmbərdən “atəşkəs”: fevralın 1-ə qədər
Bizi izləyin

Nida.az

İsa Qəmbərdən “atəşkəs”: fevralın 1-ə qədər

Müsavat Partiyasının başqanı İsa Qəmbər müraciət yayıb. Publika.Az xəbər verir ki, Müsavat başqanının “Facebook” səhifəsində yaydığı müraciətdə deyilir: Hörmətli dostlar, Xanımlar və bəylər! Media və sosial şəbəkələrdə 2013-cü ilin sonlarında başlayan, Müsavat partiyasının üzvləri Milli Şuradan çıxdıqdan (6 yanvar) sonra daha da kəskinləşən söz savaşı bizim moratorium qərarından (8 yanvar) sonra xeyli səngisə də hələ bitməyib. Biz bu ili Məhəmməd Əmin Rəsulzadə ili elan etmişik. Yubiley tədbirləri il boyu davam edəcək, lakin, bir sıra əsas tədbirlər məhz indiki mərhələdə 28-31 yanvarda keçiriləcək.

Mən ilk növbədə müsavatçılara və “Yeni Müsavat”çılara, eyni zamanda ərkim çatan hər kəsə müraciət edərək hamını fevralın 1-nə qədər atəşkəs elan etməyə, daha sonra isə bu söz savaşına birdəfəlik son qoymağa çağırıram”.

Daha sonra İ. Qəmbər məlumat verib ki, bu gün M. Ə. Rəsulzadənin həyatda olan son silahdaşlarından biri- Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal Bakıya gəlir: “Doğrusu ,mən heç istəməzdim ki, o, sabah qəzetləri açanda Rəsulzadə-Elçibəy yolunda olduğunu iddia edənlərin bir-birinə qarşı yazıları ilə qarşılaşsın”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm