Qriqoryan: “Kreml Bakıya qarşı Qarabağdan istifadə edir”
Bizi izləyin

Nida.az

Qriqoryan: “Kreml Bakıya qarşı Qarabağdan istifadə edir”

“Rusiya Azərbaycanı Avrasiya İttifaqına cəlb etmək üçün Qarabağ münaqişəsindən istifadə etməyə çalışır”.

Publika.az xəbər verir ki, bu barədə erməni ekspert Stepan Qriqoryan deyib. Onun iddialarına görə, Ermənistan-Azərbaycan təmas xəttindəki gərginliyi Rusiya yaradır.

“Cari ilin 6 ayında hər iki tərəfin verdiyi itkilər indiyə qədərki itkilərin sayına bərabərdir. Əminəm ki, bu, Moskvada hazırlanan planlardır. Kreml bununla Bakını öz ittifaqına cəlb etməyə çalışır və bunun üçün Ermənistanı vasitə kimi istifadə edir”,- deyə erməni ekspert bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm