Nida.az
KXCP Milli Şurada necə təmsil olunacağını açıqladı
“Eldar Namazovun istefası təəccüblü deyildi. Son sessiyadan öncə o hərəkatının güclənməsi, qurultay keçirmək istəkləri, hərəkatın işlərinə vaxt ayırmaq arzusunu çatdırmışdı. Ona görə təəccüblü deyildi, amma təəssüf hissi də keçiririk”.
Bu barədə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, Milli Şuranın Koordinasiya Şurasının üzvü Mirmahmud Mirəlioğlu Publika.Az –a açıqlamasında deyib. Onun sözlərinə görə, Eldar Namazov Rüstəm İbrahimbəyovun sözçüsü kimi Milli Şurada bu işləri həyata keçirirdi və birləşmək, eləcə də digər məsələlərin həlli istiqamətində xeyli rol oynayıb.
M. Mirəlioğlu KXCP-nin bundan sonra Milli Şura ilə bağlı mövqeyini də açıqlayıb. O, hələki ayrılmaq kimi fikirlərinin olmadığını, birlikdə fəaliyyət imkanlarının tükənmədiyini bildirib.
“İstefalar, qarşıdurmalar yaşandı. Lakin biz yerimizdə-Milli
Şuradayıq. Təkliflərimizi irəli sürürük, bunlar qəbul olunduğu
təqdirdə yerimizdə də qalacağıq. Ola bilsin ki, bizim bundan sonra
da orda olmağımız kimlərisə qane etməyəcək. Lakin biz heç vaxt şərt
irəli sürmürük, Milli Şura formalaşarkən da şərt irəli sürməmişdik.
Biz hər şeyi ölçüb, biçirik, müzakirə və analiz etmədən, alqış üçün
addımlar atmırıq. Hər kəsə hörmət etdiyimiz kimi, atdığımız
addımlara da hörmət tələb edirik”-deyə KXCP sədri vurğulayıb.
Asif
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?