• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

YAP-çı deputat ermənilərin əsir götürdüyü azərbaycanlıların müdafiəsinə qalxdı

  • Nida.az
  • 16 İyul 2014 11:04
  • 1 375 Baxış
YAP-çı deputat ermənilərin əsir götürdüyü azərbaycanlıların müdafiəsinə qalxdı

Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini, Orduya İctimai Nəzarət Komitəsinin üzvü Aydın Mirzəzadə Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonu ərazisində tutulan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələyə münasibət bildirib.

Publika.az-ın məlumatına görə, deputat A.Mirzəzadə deyib ki, son iki gündə həm Ermənistan, həm Azərbaycan mətbuatında Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonu ərazisində tutulan Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında çoxsaylı məlumatlar verilməkdədir.

Onun sözlərinə görə, Ermənistan mətbuatı məlumatları əsəbiliklə və gərginliklə verir:

“İki mülki vətəndaş onların cəbhə xəttini hiss edilmədən keçərək işğal altında olan Kəlbəcər rayonuna gəlir və hətta orada videoçəkilişlər də edirlər. Bu isə Ermənistanın özündə Ermənistan ordusu haqqında mifi darmadağın etmiş olur.

Azərbaycan mətbuatında isə məlumatlar həyəcanla və fəxarətlə verilir. İki mərd Azərbaycan kişisinin ölümünü gözünün qarşısına alaraq düşmən tərəfə keçməsi və özlərini evlərindəki kimi hiss etməsi xalqımızın genetik qorxmazlığından xəbər verir.

Əslində də belədir. Kəlbəcər Azərbaycan ərazisidir və hər iki şəxs öz evlərinə getmələri üçün kimdənsə icazə almağa ehtiyac görməyib.

Yaxınlarının dediklərinə görə, onlar əvvəllər də o ərazilərə gedib-gəlirlərmiş. Ermənistan əsgəri tutduğu ərazini heç də güclü qorumurmuş. Hər halda. Dilqəmin və Şahların o ərazidə tutulması bunu sübut edir.

Bilmirəm bu "başısoyuqluğa" görə neçə erməni generalı vəzifəsindən qovulacaq, neçə hərbi hissəyə qəfil yoxlamalar gələcək, ancaq göründüyü kimi silahsız azərbaycan kişisi silahlı erməni əsgərindən, döşü medallı erməni generalından qat-qat güclü imiş.

Belə nümunələr yaxın tariximizdə artıq varımızdır. Ramil Səfərov Ermənistan zabitinin Azərbaycan bayrağını təhqr etməsinə dözməyərək onun layiqli cəzasını verməsini hər birimiz bilirik.

Mübariz İbrahimovun Ermənistan əsgərlərinin azğınlığına dözməyərək işğal edilmiş tərəfə keçib neçəsinin layiqli cəzasını verməsi çox ədalətli idi.

Dilqəm Əsgərov və Şahbaz Quliyev isə Vətən ayrılığna dözməyərək öz evlərinə döndülər. Onlar üçün müharibə və diplomatik qaydalar mövcud deyilmiş və bununla da Ermənistanın kürkünə birə saldılar.

Azərbaycan bu iki qorxmaz oğlunun da qayğısına qalacaqdır. Şübhəm yoxdur ki, dövlətimizin gücünü bu məsələdə də görəcəyik”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR