İsa Qəmbərdən Əli Kərimliyə atmaca: “Sağlıq olsun!”
Bizi izləyin

Nida.az

İsa Qəmbərdən Əli Kərimliyə atmaca: “Sağlıq olsun!”

Müsavat başqanı İsa Qəmbər AXC-nin yaranmasının 25 illiyi münasibətilə partiyanın qərargahında keçirilən toplantı ilə bağlı fikirlərini öz “facebook” səhifəsində paylaşıb.

Publika.az xəbər verir ki, İ. Qəmbər 16 iyulun həyatının ən önəmli günlərindən biri olduğunu qeyd edib: “25 il əvvəl məhz 16 iyulda xalqımızın ən möhtəşəm təşkilatlarından birinin – Azərbaycan Xalq Cəbhəsinin yaradılmasında iştirak etmişəm.

Ötən gün Müsavat qərargahında AXC-nin 25 illiyi münasibətilə yubiley tədbiri keçirdik. Çox maraqlı və səmimi keçən bayram tədbirində AXC-nin ilk idarə heyəti üzvlərindən Pənah Hüseyn və Hikmət Hacızadə, ilk MNTK üzvlərindən Ağacavad Salamzadə, ilk Ali Məclis üzvlərindən Mirbaba Babayev, AXC Ali Məclisinə ən məsuliyyətli dövrdə sədrlik etmiş Arif Hacılı, xalqımızın görkəmli ziyalılarından professor Cəmil Həsənli, professor İsmayıl Musa, TURAN İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, KXCP sədri Mirmahmud Mirəlioğlu, o dönəmin gənc AXC üzvü Hacı İlqar İbrahimoğlu və digər dəyərli şəxsiyyətlər çıxış etdilər, xatirələrini, mülahizələrini, təklif və təbriklərini səsləndirdilər.

Təəssüf ki, dəvətlilərin bəziləri – o cümlədən Leyla Yunus, İsgəndər Həmidov, Əli Kərimli, yəqin ki, üzrlü səbəblərdən iştirak edə bilmədilər. Sağlıq olsun!

Mən sizi Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 25 illiyi münasibətilə təbrik edir, hamınıza xoş gələcək və firavan həyat arzulayıram. Heç şübhəsiz, AXC-nin qurucularının, bütün üzvlərinin, təəssübkeşlərinin və tərəfdarlarının, xalq hərəkatının bütün iştirakçılarının həyatlarının bu möhtəşəm səhifələri onların hər birinin qəlbində daim qürur və iftixar mənbəyi olaraq qalacaq. Tanrı Azərbaycanımızı qorusun!”

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm