“USAID-in Azərbaycanda xəfiyyə maraqları var”- Şok açıqlama
Bizi izləyin

Nida.az

“USAID-in Azərbaycanda xəfiyyə maraqları var”- Şok açıqlama

“Beynəlxalq qrant layihələri üzərində qeyri-şəffaf əllər işləyir və əksər vaxt bu xarici maliyyələr anti-hökumət qüvvələrə verilir. Bu dövr ərzində onların çoxları qeyri-leqal, mənşəyi şübhəli olan, Azərbaycan dövlətinə qarşı nəinki QHT fəaliyyəti, açıq şəkildə siyasi casusluq fəaliyyəti aparanlar qrantlarla mükafatlandırırlar”.

Bu barədə Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Zahid Oruc Publika.az-a açıqlamasında USAID-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyinin) gizli qrant elanına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bəzən bu qrantlar müxalifətin ayaqda saxlanılmasına da sərf edilir: “Sanki onların formadan düşməməsi, daim hökumətə təzyiq vasitəsi kimi qalması üçün əllərində bəsləyirlər. Bunun fonunda USAID təşkilatının layihəni tələsik dövriyyədən çıxarması, sonradan fabrikləşdirib tez aktlaşdırması və qrantı hakimiyyətə əleyhinə olan monitorinq və buna bənzər layihələrə ayırması şübhəlidir. Başqa tərəfdən, bunun alt qatında xəfiyyə maraqları var”.

Z. Oruc qeyd edib ki, normal tənqidi mühitdə işləyən QHT-lərə heç bir problem yaradılmır.

“Lakin nədənsə hökumətdən şəffaflıq istədikləri halda, özləri bunu kriminal iş kimi, sanki Qəsrin qaranlıq otaqlarında hazırlanan fəaliyyət kimi ortaya qoyurlar. Nə üçün belə qrantlardan hökumətyönümlü QHT-lərə verilmir? Bəzən deyirlər ki, qrantlar nazirliklərə ayrılır. Amma hər kəs bilir ki, onun bu məsələlərə aidiyyəti yoxdur. Bununla əsl məqsədi ört-basdır etmək doğru deyil”, - deyə millət vəkili bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm