“Ermənistan rəhbərliyi onların qulaqlarını kəsib” - Bayram Səfərov
Bizi izləyin

Nida.az

“Ermənistan rəhbərliyi onların qulaqlarını kəsib” - Bayram Səfərov

“Başqa qarabağlılar da işğal olunan Azərbaycan torpaqlarına gedib-gəlirlər”



“Kəlbəcərdə onların terrorçulara əsir düşmələri mənim üçün çox ağırdır”. Bunu AzNews.az-a Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov bildirib.

- Ermənilər iki azərbaycanlını - Dilqəm Əhmədovu və Şahbaz Quliyevi girov götürüblər. Bu barədə məlumatınız varmı?

- Bundan xəbərim var. Çox təəssüflənirəm. Hər bir Azərbaycanlı mənim üçün əzizdir. Erməniyə mən nə deyim? Ermənin etdiyi hərəkətlər, onların ölkəmizə vurduğu ziyan, xalqımıza qarşı apardığı düşmənçilik iki əsrdir ki, hər kəsə məlumdur. Onlar bütün əməllərinə görə, Azərbaycan xalqı qarşısında cavab verəcəklər. Hazırda işğal olunan torpaqlarımıza erməni terrorçuları yığışıb. Onlar insanlığın nə olduğunu bilmir. Belə olan halda gərək, əsir düşmüş vətəndaşlarımız da ora getməzdilər.
Mənim də ən böyük arzum Şuşanı, Qarabağı görməkdir. Oraları çox görmək istəyərəm. Dilimin ucu göynəyir doğma torpaqlarımız üçün. Amma indiki şəraitdə başda mən olmaqla heç kəsə məsləhət görmürəm ki, terrorçuların məskunlaşdığı yerlərə getsinlər. Bu, hər bir insanın həyatı üçün təhlükəlidir. Onlar kimi digər bəzi qarabağlılar da işğal olunan Azərbaycan torpaqlarına gedirlər. Amma gedib onların terrorçulara əsir düşmələri mənim üçün çox ağırdır. Mən istəmirəm qardaşlarımız əziyyət çəksin. Hesab edirəm ki, onların əsirlikdən geri qaytarılmaları üçün ölkə rəhbərliyi bütün səyi ilə çalışacaq.

- Yayılan məlumata görə, əsir götürülən Şahbaz Quliyevin gözü çıxarılıb…

- Bu cür təcəvüzkarlığı erməni ilk dəfə deyil ki, Azərbaycan xalqı, vətəndaşının başına gətirir. Onlar bir daha deyirəm XX-ci əsrin ən böyük Xocalı Soyqrımını törədiblər. Minlərlə Azərbaycan vətəndaşı əsir, itkin düşüb. Bu rəqəmdən artıq vətəndaşımız öldürülüb. Qarabağlıda insanlarımızı diri-diri basdırıblar. Ermənistanda uşaqlarımızı, körpələrimizi borunun içinə doldurub ağızların qaynaqlayıblar. Bu erməni vəhşiliyin danılmaz bir tərkib hissəsidir.

- Dilqəm Əhmədovu və Şahbaz Quliyevi tanıyırdınızmı?

- Xeyr tanımırdım. Amma bilirəm ki, hazırda onların ailələri, övladları hansı hislər keçirir və əzab çəkirlər.

- İcma rəhbəri kimi sözügedən əsirlərin ailələrinə baş çəkməyi düşünürsünüzmü?

- Mən onları tanımıram. Bilmirəm harada məskunblaşıblar. Amma digər vətəndaşlarımız kimi, mən də sözü gedən şəxslərin ailələrinin ünvanını tapıb onlara baş çəkəcəm. Özüm qəlbən də olsa, əzab- əziyyət çəkən vətəndaşlarımızın hər zaman yanındayam.

- Ermənistan tərəfinə ismarışınız varmı?

- İlk öncə demək istəyirəm ki, Ermənistanın ordusu yoxdur. Ermənistanın ümumi dövlət büdcəsi Azərbaycan ordusuna, müdafiəsinə, ayrılan vəsaitdən aşağıdır. Azərbaycan ordusu istədiyi vaxt erməninin dərsin verəcək. Bizi qarşıdan işğal olunan torpaqlarımızın azad olunması kimi bir məqsədimiz var. Hər bir Azərbaycanlı vətəndaşı öz torpaqlarımızı azad etməyə hazırdı. İnşallah bu qısa zaman kəsiyində baş verəcək torpaqlarımız düşman tapdağından azad olunacaq və bütün məcburi köçkünlərimiz öz ata-baba yurdlarına qayıdacaq. Hər zaman ölkə gənclərimiz də müharibəyə hazır olmaları ilə bağlı fikirlər eşidir və müraciətlər alıram.

- Bu yaxınlarda Azərbaycan Ermənistan icmalarının görüşü nəzərdə tutulurmu?

- Xeyr. Biz çox arzulayırıq ki, onlarla görüşək və fikrimizi qarşı tərəfə çatdıraq. Amma hələ ki Ermənistanın indiki rəhbərliyi bu cür görüşlərə maneəçilik törədir. Əvvəllər mənə Ermənistan tərəfindən müraciətlər də olurdu. Onlar bizimlə müharibə etmək istəmədiklərin söyləyirdilər.
İndi isə belə müraciətlər yoxdur. Görünür, Ermənistan rəhbərliyi onların qulaqlarını kəsib.


- Sonucu dəfə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə nə vaxt görüşmüsüz və nələri müzakirə etmisiniz?

- Bir neçə ay öncə ATƏT həmsədirləri ilə görüş keçirtmişəm. Ümumi qaydada eyni fikirlər onlar tərəfindən səsləndirilib. Mən nə qədər danışıramsa, öz haqlı səsimizi onlara çatdırıramsa, həmsədirlər köhnə, eyni fikirlər səsləndirməklə kifayətlənirlər. Həmişəki kimi, onlar ölkəmizə gəlir, eyni fikir səsləndirib fırlanıb gedirlər. Mən ATƏT Minsk Qrupunun həmsədirləri başda olmaqla, bütün beynəlxalq təşkilatların işğal olunan torpaqlarımızla bağlı aparılan danışıqlarda, gördükləri işlərdən narazıyam. Onlardan o vaxt razı olaram ki, doğma Şuşamda olum. Ancaq bütün bunlara baxmayaraq ümidimiz Azərbaycan xalqına, və ölkə başçısınadır.

- Sonuncu dəfə hərbi hissələrdə, cəbhə xəttində nə vaxt olmusuz?

- Ötən il hərbi hissələrdə olmuşam. Qismət olsa, ayın sonuna kimi bir sıra hərbi hissələrdə rəhbəri olduğum təşkilatla gedəcəm. Cəbhə xəttinə gəldikdə isə mən demək olar ki, hər ay cəbhəyani ərazilərdə oluram. Xocavənd, Füzuli, Ağdama gedirəm. Hesab edirəm ki, torpaqlarımız işğaldan azad olunması üçün xalqımızın əhval-ruhiyyəsi çox yaxşıdır. Xüsusən də gənclərimizin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm