Azərbaycanı hədələyən terrorçularla bağlı ilginc məlumat - Aralarında ermənilər də var
Bizi izləyin

Nida.az

Azərbaycanı hədələyən terrorçularla bağlı ilginc məlumat - Aralarında ermənilər də var

“Meşə Qardaşları” və “Ceyşullah” hakimiyyətə qarşı hərbi əməliyyatlara start verdiklərini bəyan ediblər. Jam.az-ın xəbərinə görə, dünən sosial şəbəkələrdə Azərbaycanda bir zamanlar çox ciddi terror təhlükəsi yaratmış iki radikal dini təşkilatın nümayəndə

“Meşə Qardaşları” və “Ceyşullah” hakimiyyətə qarşı hərbi əməliyyatlara start verdiklərini bəyan ediblər.
Jam.az-ın xəbərinə görə, dünən sosial şəbəkələrdə Azərbaycanda bir zamanlar çox ciddi terror təhlükəsi yaratmış iki radikal dini təşkilatın nümayəndələri ayrı-ayrılıqda bəyanat yayıblar.

“Meşə Qardaşları” təşkilatın adından məlumat yayan şəxs qeyd edib ki, tezliklə bu addım atılacaq. Həmin bəyanatda deyilir ki, onlar bir təşkilat olaraq artıq Azərbaycan iqtidarına qarşı hərbi əməliyyatlara start verib.
Digər məlumat isə “Ceyşullah” (“Allahın Ordusu”) adlı təşkilatın adından yayımlanıb. Məlumatı yayan şəxslər bildiriblər ki, sözügedən təşkilat tezliklə Azərbaycanda cihad elan edəcək.

Qeyd edək ki, hər iki təşkilat terrorçu fəaliyyətlə məşğul olmaqla yanaşı, həm də radikal dini cərəyanın nümayəndələrindən təşkil olunub. Əsasən vəhhabilərin nəzarətində olan bu silahlı qruplaşmaların üzvləri isə dünyanın bir çox münaqişə ocaqlarında döyüşüblər. Hazırda onlardan Suriyada da döyüşənlərin olduğuna dair məlumatlar var.

Publika.Az hər iki təşkilatla bağlı qısa araşdırma aparıb.Belə ki, Meşə Qardaşları (“Dərbənd camaatı” və ya “Cənub qruplaşması”) -Dağıstanın cənubunda əsasındə Dərbənd, Tabasaran, Məhərrəmkənd ərazisində və Azərbaycanın şimalında fəaliyyət göstərən gizli terrorçu qruplaşmadır. Əsasən hüquq-mühafizə orqanlarına hücumlar edir, terror aktları təşkil edir, vəhhabiliyi təbliğ edən qeyri-qanuni dini ədəbiyyat yayılması ilə məşğul olurlar.

2007-2008-ci illərdə qruplaşmaya “Əbdül-Məcid” ləqəbli Azərbaycan vətəndaşı, Zaqatalada doğulmuş İlqar Mollaçiyev rəhbərlik edirdi. 2007-ci ilin sentyabrında çeçen səhra komandiri Rəppani Xəlilovun öldürülməsindən sonra o “Dağıstan əmiri” təyin olunub. Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, İlqar Mollaçiyev hər iki Çeçen müharibəsində iştirak edib, döyüş hazırlığını isə məşhur səhra komandirləri Xəttab və Əbu əl-Validin dəstələrində keçib. Mollaçiyevin 2008-ci ilin sentyabrında ölümündən sonra qruplaşmaya Vəlicanov İsrafil Hacı oğlu rəhbərlik edir.

Qruplaşmanın 2008-ci il avqust ayının 17-də “Əbu-Bəkr” məscidinə qarşı terror aktı hazırladığı da deyilir. Bununla bağlı istintaq materialları da mövcuddur.

“Meşə qardaşları”nın son hədəsi ötən ilin oktyabrında “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənliyə qarşı olub. Lakin MTN Qusar meşələrində gizlənən qruplaşmanın üzvlərini həbs edib. Yəni belə hədə ilk dəfə deyil.

“Ceyşullah”- Allahın Ordusu. Bu terror təşkilatı 1987-ci ildə Türkiyənin Ümraniya mahalında yaradılıb. Azərbaycanda isə 1999-cu ilin yanvarında iki oğlu ilə birlikdə Bayıldakı evindən ölü tapılan Azərbaycan Xalq Biliciləri və Ekstrasenslər İttifaqının mərhum rəhbəri Etibar Erkinin qətlindən sonra məşhurlaşıb. Ekstrasensi öldürən şəxs “Ceyşullah”-n üzvü olub və o, E. Erkini guya şeytani əməlləri ilə məşğul olduğu üçün öldürdüyünü açıqlayıb. Axtarışımızda daha bir maraqlı məqam da ortaya çıxdı. İddiaya görə, bu qruplaşma "Hizbullah" terror təşkilatının qollarından biridir və türk mediasının yazdığına görə, qruplaşma daxilində erməni əsilli terrorçular da yer alır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm