Ermənilərin iflas qorxusu: Azərbaycan ordusu hücuma keçərsə...
Bizi izləyin

Nida.az

Ermənilərin iflas qorxusu: Azərbaycan ordusu hücuma keçərsə...

Erməni mediası azərbaycanlıların Qarabağa keçməsi haqda həyəcan siqnalı verib.

Publika.az xəbər verir ki, Ermənistanın “1in.am” saytında dərc olunan yazıda deyilir ki, sıravi azərbaycanlılar Qarabağa rahat şəkildə keçərək istədiklərini edirsə, Azərbaycan Ordusu əraziləri asanlıqla ələ keçirə bilər. Sayt məsələ ilə bağlı Ermənistan rəhbərliyini məsuliyyətsizlikdə ittiham edib.

“İnternetdə yayılan videokadrlardan görünür ki, azərbaycanlılar bundan əvvəl də Qarabağa gələrək kabab çəkiblər. İstədikləri kimi hərəkət edib rahatlıqla geri qayıda biliblər. Eyni hərəkəti Azərbaycan hərbi qüvvələri edərsə, bunun qarşısının alınacağına kim zəmanət verə bilər”- deyə sayt bildirir.

Qeyd edək ki, ermənilərin “diversant” deyə girov götürdükləri azərbaycanlılar əslən Qarabağdan olan məcburi köçkünlərdir. Onların öz ata-baba yurdlarına baş çəkmək üçün sərhədi keçdikləri məlum olub.
Azərbaycan Müdafiə Nazirliyi məsələ ilə bağlı rəsmi açıqlamasında bildirib ki, “diversant” iddialar əsassızdır.

“İşğal olunmuş ərazilər suveren Azərbaycanın torpaqlarıdır, azərbaycanlıların həmin ərazilərə keçməsinə və orada sərbəst hərəkət etməsinə qadağa qoyula bilməz. Erməni tərəfinin iddia etdiyi kimi bu şəxslər heç bir dövlət sərhədini də pozmayıblar. Çünki işğal nəticəsində, qeyri-qanuni yolla “qurulmuş” qondarma rejimin nəzarətindəki torpaqlar BMT tərəfindən tanınan Azərbaycan Respublikasının ərazisidir” deyə qeyd edilib.
Xatırladaq ki, işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlar beynəlxalq hüquqda Ermənistan sərhədlərinə daxil deyil. Bu ərazi münaqişə ocağı olaraq qalır. BMT-nin qəbul etdiyi 4 qətnamədə, eləcə də bir sıra beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın ərazi bütövlüyü tanınır.

Burada diqqət çəkən Ermənistan ordusunun iflasıdır. Məlum olduğu kimi, erməni rəhbərliyinin “diversant” kimi təqdim etdikləri azərbaycanlılar sıravi vətəndaşlardır. Onlar öz ata-baba yurdlarına gediblər. Ortada heç bir diversiya hərəkəti yoxdur. Sıravi azərbaycanlının asanlıqla dəf etdiyi erməni hərbi birləşmələrinin güclü Azərbaycan Ordusunun qarşısında düşəcəyi vəziyyət isə göz önündədir.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm