Leyla Yunus İsa Qəmbəri yox, Əli Kərimlini seçdi - Foto
Bizi izləyin

Nida.az

Leyla Yunus İsa Qəmbəri yox, Əli Kərimlini seçdi - Foto

Bu gün AXC-nin 25 illik yubileyidir. Xəbər verdiyimiz kimi, AXC-nin şinelindən çıxmış partiyalar aralarında olan münasibətlərə görə, yubileyi ayrılıqda qeyd edirlər.

Müsavat partiyası dünən öz qərargahında yubileylə bağlı mərasim keçirib. Diqqətçəkən məqam, AXCP sədri Əli Kərimlinin dəvət olunmasına baxmayaraq, mərasimə qatılmaması olub. Müsavat başqanı İsa Qəmbər “facebook” səhifəsində yazıb ki, Əli Kərimlini, Leyla Yunusu dəvət etməyimizə baxmayaraq, təəssüf ki, gəlməyiblər.

Publika.az xəbər verir ki, AXCP-nin bu gün keçirilən yubiley tədbirinə isə Müsavat rəhbərliyi dəvət olunmayıb. Ən diqqətçəkən məqam isə Leyla Yunusun tədbirdə iştirak etməsidir.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm