İŞİD-dən Qafqaz müsəlmanlarına ŞOK müraciət
Bizi izləyin

Nida.az

İŞİD-dən Qafqaz müsəlmanlarına ŞOK müraciət

İŞİD Qafqaz mücahidlərinə müraciət edib.

Publika.az xəbər verir ki, İraqda döyüşən İraq Şam İslam Dövləti (İŞİD) Qafqaz mücahidlərinə müraciət edərək onları birliyə çağırıb.

“Son vaxtlar yayılan məlumatlara görə, guya, İŞİD tərkibində çeçen millətçiləri ayrıca qruplaşma yaradıb, özləri üçün yeni xəlifə elan ediblər. Bu cür informasiyalar şeytana uymuş, Allahın yolundan çıxmış şəxslərin təxribatıdır. Bu gün qlobal cihadı millətçiliklə aşağılamaq istəyirlər.

VK.com saytında “İslam Dövləti Xəbərləri” səhifəsində İŞİD mücahidi Ömər Şişaniyə Şimali Qafqaz mübarizlərinin qoşulmasına qarşı kampaniya aparılır. Bu cür informasiyalar, videolar Qafqaz Əmirliyinin əmiri Əbu-Məhəmməd tərəfindən edilir. Bu saytda xəbərlərə baxsanız, İŞİD-in elan etdiyi Xilafəti gözdən salmağa cəhd edildiyini görərsiniz. Millətçilik ittihamları Ömər Şişaniyə qarşı irəli sürülür və “O, Allahın ordusuna çeçen bayrağını qaldırdı” deyə təqdim edilir.

Başqa sözlə, guya, Şişani qlobal cihadda iştirak etmir. Ömər Şişani əmirlik etdiyi cihad qrupunda müxtəlif yerlərdən gəlmələr var. Misal üçün, Əbdül Kərim Krımski millətcə tatardır. Bundan başqa, bu qrupda Avropadan gələnlər çoxluq təşkil edir”.

İŞİD müraciətində bu cür ittihamları rədd edir və Qafqaz müsəlmanlarına “birləşin, qlobal cihada qoşulun” çağırışını edir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm