Nida.az
ABŞ səfirliyindən USAID-la bağlı Açıqlama
Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi son zamanlar ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) qrant proqramı ilə bağlı mətbuatda müşahidə olunan yanlış hesabatlara və anlaşılmazlıqlara aydınlıq gətirib.
Səfirlikdən Publika.az-a daxil olan məlumatda bildirilir ki, təkliflərlə müraciət prosesində, habelə təkliflərin toplanmasında heç bir qeyri-nizamilik və ya uyğunsuzluq yer almayıb. Dünyada qəbul olunmuş bütün standart prosedurlara riayət edilib və sözügedən proses tam ədalətli və şəffaf olub.
Məlumatda qeyd edilir ki, Azərbaycan Mətbuatına Dəstək Fəaliyyəti proqramı barədə ictimaiyyətə 2014-cü ilin may ayının 21-də məlumat verilib. Standart prosedura uyğun olaraq qrant barədə məlumat www.grants.gov saytında və USAİD-in Azərbaycandakı Facebook səhifəsində elan olunub. Həmçinin iyunun 10-da proqram barədə məlumat USAİD-in Azərbaycandaki veb səhifəsindədə yerləşdirilib. Təkliflərin qəbulu vaxtı 2014-cü ilin may ayının 21-dən iyulun 7-nə kimi idi.
Qeyd edək ki, mətbuatda yer alan xəbərlərdə bildirilir ki, USAID-in Azərbaycanda müstəqil medianın inkişafı üçün ayırdığı 2,4 milyon dollarlıq qrant müsabiqəsində hansı təşkilatın qalib gəldiyi məlum deyil.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!