Nida.az
“Cəbhədəki əsgər də, zabit də intiqam hissi ilə yanır”- millət vəkilindən açıqlama
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Ermənistanda girovluqda olan azərbaycanlıların hərəkətini böyük vətənpərvərlik adlandırıb.
Publika.az xəbər verir ki, A. Mirzəzadə bu
hadisənin böyük bir əsərin motivi ola biləcəyini düşünür.
“Bu gün təmasda olduğum hər bir kəs Kəlbəcərdə işğalçılar tərəfindən əsir götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında danışırdı, deyilənə görə, onlar üç nəfər olublar, biri öldürülüb. Hər bir kəs onların qorxmazlığından, doğma torpağa olan bağlılığından danışırdı. Onları ora doğma torpaq çəkib aparırdı, baxmayaraq ki, tutulacaqlarını və əzab veriləcəklərini göz altına almışdılar”,- deyə komitə üzvü bildirib.
A. Mirzəzadə indiyə qədər ermənilərin belə bir hərəkət
etməməyini izah edib: “İndiyə qədər bir dəfə də olsun hansısa bir
erməninin gizli yolla Azərbaycanda yaşadığı kəndə gizli gəlməsi
xəbəri eşidilməyib, heç kəndlərinin videosunu çəkdirib evində
qiymətli var-dövlət kimi saxlayanlar da yoxdur. Çünki, Azərbaycan
(Ermənistan da) onların doğma, dədə-baba torpağı deyil, onları bu
torpağa heç nə bağlamır, qan çəkmir. Onlar bu torpağa gəlmədilər,
onların genində bu torpaqla balı heç nə yoxdur. Ancaq bu iki nəfəri
ora aparan gen yaddaşı idi, babaların səsi idi. Bu hiss istənilən
qorxudan üstündür. Bu iki nəfərin dəliqanlı hərəkətinin
təkrarlanmasını istəməzdim, bu çox təhlükəlidir. Ancaq bununla belə
bu hərəkət cəmiyyətdə vətənpərvərlik hissinin daha da qalxmasına
səbəb oldu, gənclərin qanını oynatdı. Bu gün xəbəri eşidən cəbhə
xəttində duran əsgər də, zabit də intiqam hissi ilə
yanmaqdadır”.
Asif
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu