Bakının Qərb - Rusiya savaşından qazanacağı iki DİVİDENT
Bizi izləyin

Nida.az

Bakının Qərb - Rusiya savaşından qazanacağı iki DİVİDENT

Dünya bazarlarına, xüsusilə Avropaya Azərbaycan enerji resurslarının çatdırılması rəsmi Bakının xarici siyasət fəaliyyətinin əsas istiqamətlərindən biridir. Avropalı liderlərlə Azərbaycan rəhbərliyinin danışıqlarında bu, əsas mövzulardandır. Prezident İlham Əliyevin bir gün öncə başa çatan İtaliya səfəri də bu fonda istisna edilməməlidir.

Publika.az xəbər verir ki, səfər zamanı hər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu. İtaliyanın Azərbaycanın əsas ticarət partnyorlarından olduğu qeyd olundu.

İtaliya səfərində əsas xətt: enerji əməkdaşlığı


Nəticə olaraq tərəflər arasında strateji əməkdaşlıq haqqında birgə bəyannamə, həmçinin dəniz nəqliyyatı, iqtisadiyyat, mədəniyyət və idman sahəsində əməkdaşlıq haqqında müqavilələr imzalandı.

Danışıqların gedişində iki ölkə arasında əlaqələrin strateji səviyyəyə yüksəldiyi bildirildi. Prezident İlham Əliyev və Matteo Rensi Avropa İttifaqı ilə əməldaşlıq nöqteyi-nəzərindən İtaliya-Azərbaycan münasibətlərinin qiymətli olduğunu vurğuladılar və bundan sonra da bu münasibətlərin inkişaf etdirilməsi qərara alındı.

Burda tərəflər ilk növbədə enerji sahəsindəki əməkdaşlığın perspektivlərini nəzərdə tuturdu.


Bakı, Ankara, Afina və Sofiya: Avropanın nəfəs borusu

Rusiyanın nüfuzlu “Nezavismaya qazeta” nəşri Prezident İlham Əliyevin İtaliya səfərinə dair şərhində bildirir ki, burda söhbət “Şahdəniz” yatağındakı qazın Avropaya nəql edilməsindən gedir. Təxminən bir il öncə “Şahdəniz” konsorsiumu və doqquz Avropa şirkəti Bakıda “Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycan qazının alqı-satqısı haqda müqavilə imzaladı. Sənədə əsasən, 2019-cu ildən etibarən 10 milyard kubmetr qaz Avropa bazarlarına çıxarılacaq, hansı ki, bunun 8 milyard kubmetrinin daşınması İtaliyanın, 2 milyard kubmetri isə Yunanıstan və Bolqarıstan payına düşür. Bunun üçün hazırda TAP və TANAP layihələri reallaşır. Bakı, Ankara, Afina və Sofiya bu enerjinin Avropaya daşınmasında böyük əhəmiyyətə malikdirlər.

TAP və TANAP-ın əhəmiyyəti barədə Prezident İlham Əliyevin Yunanıstana səfəri zamanı belə demişdi: “Azərbaycanın təşəbbüsü ilə reallaşan “Şahdəniz” layihələri, TANAP və TAP hazırda Avropada ən böyük infrastruktur layihələridir. Bunların reallaşması ilə Azərbaycan bundan sonrakı onilliklər boyunca öz təbii qazını Avropaya ixrac edəcək”.

Bakının Qərblə Rusiyanın savaşından qazanacağı iki divident

Yerli analitiklərin fikrincə, Ukrayna hadisələrinə görə Rusiya və Qərb arasında müşahidə olunan qarşıdurma həllini tapmayacaqsa, yaxın illərdə Azərbaycan qazına diqqət daha da arta bilər.

Bu fon da Avropa üçün TAP və TANAP-ın əhəmiyyəti xeyli artır. Azərbaycana gəlincə, Bakı burda iki əhəmiyyətli divident qazana bilər. Birincisi, konkret çərçivələrdə onunla strateji əməkdaşlığı inkişaf etdirən Avropa Birliyi ilə münasibətləri daha da sıxlaşdıra bilər. İkincisi post-sovet məkanında bütün ölkələr üçün aktual olan təhlükəsizlik məsələsində beynəlxalq güclərdən zəmanət ala bilər.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm